Oğlanlar tərbiyəsiz qızlarla evlenərlərmi?

Oğlanlar tərbiyəsiz qızlarla evlenərlərmi?
Qadın dünyası
10.09.2017 22

 


Oğlanların
evlənmək istəməməkləri artıq günümüzün qlobal problemlərindən birinə
çevrilib.Səbəbini araşdırdıqda isə aşagıdakı nəticələrlə
qarşılaşırıq.Bunlardan ən əsası və önəmlisi isə oğlanların evlənmək üçün
normal,tərbiyyəli bir qız tapmamalarıdı.



Əvvəllər
yaxşı ailə qızı sözünü tez-tez eşidərdik.Yəni analar öz oğlanlarını
evləndirmək üçün tanıdığı ailələrin qızlarını seçirdilər.Amma indi
vəziyyət bir qədər dəyişib.Yəni artıq valideynlər oğlanları üçün uzun
illər yaxından bələd olduqları ailənin qızlarını belə almaqda çətinlik
çəkirlər.Çünki çox nümunəvi ailə kimi tanıdıqlarımız da bəzən öz
qızlarını tərbiyyə etməkdə çətinlik çəkir.



Həzrəti
peyğəmbərimiz buyurmuşdur ki hər ata ki 3 tərbiyəli və hərtərəfli qız
yetişdirərsə onun yeri cənnətdi.Ama indiki yaşantımızda nəinki 3
valideynlər hətta 1 qızı belə tərbiyə etməkdə çətinlik çəkirlər.Bəlkə də
bunun nəticəsidir ki bir çoxları qız övladını deyil oğlan övladını
üstün tuturlar.



Çoxları
tərbiyəsizliyi geyimdə , danışıqda görsələrdə bəzən düşündüklərimiz
bizi yanıldır.Belə bir söz var "suyun lal axanı,insanın yerə
baxanı”.Xaricən çox ağıllı,tərbiyyəli saydıqlarımız belə öz tərbiyyəli
qız simasnın arxasında heç təsəvvürümüzə belə gətirməyəcəyimiz işlərlə
məşqul olurlar.




Oğlanlar
gəzməyə və əylənməyə bu cür qızları axtarsalar da son uçda hamı
evlənmək üçün tərbiyəli birisini axtarır.Bunun bir çox səbəbləri var.Heç
kim gələcəkdə ailə quracağı,uşaqlarının anası olacağı bir qadının
əxlaqsız,tərbiyyəsiz olmağını istəməz.




Günümüzdə
oğlanlarla əylənən,vaxt keçirən qızlar o qədər çoxluq təşkil edir ki
artıq günün çox hissəsini gəzdiyi oğlanla telefonla danışan qızlara adi
baxırıq.Vəziyyət evlənməyə gəldikdə isə artıq oğlanlar danışdıqları və
gəzdikləri qızları yox məhz öz seçdikləri tərbiyəli saydıqları qızlarla
evlənməyi üstün tuturlar.




Əlbəttə
bütün bunların günahının çox hissəsi qızlardadı.Yəni qız hər arxasınca
düşən və ya bəyəndiyi şəxslə sevgi yaşamasa sadəcə öz həyatını sakitcə
yaşayıb öz qismətindəki şəxsi gözləsə bütün bunlar baş verməz.Bütün
günahı qızlarında üzərinə atmaqla kifayətlənmək doğru olmazdı əlbəttə
günahın müəyyən bir hissəsi də məhz sevdiyi qızı yarı yolda qoyan
oğlanlardadı.




Əziz userlər siz bütün bunların günahını kimdə görürsünüz?



Sualım oğlanlaradı:Bəs siz tərbiyyəsizliyi nədə görürsüz?

Belə bir hal baş verərsə siz bu cür qızla ailə həyatı qurarsınızmı?

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!