Bakılı qızlar kişilərdə nəyə fikir verirlər? - MÜZAKİRƏ

Bakılı qızlar kişilərdə nəyə fikir verirlər? - MÜZAKİRƏ
Qadın dünyası
10.09.2017 116
Kişilər gözləri ilə, qadınlar isə qulaqları ilə sevirlər. Mübahisəli
olsa da, bu ifadə çox məşhurdur. Oğlanların da qızlarda ilk növbədə nəyə
diqqət yetirdikləri çox danışılır. Biri üçün göz, digəri üçün ayaq,
başqası üçün isə digər məsələlər...
Bəs bakılı qızlar ilk baxışda oğlanlarda hansı cəhətlərə fikir verirlər? Qadinlar.Biz milli.az  saytına istinadən xəbər verir ki, belə bir sorğu hələ keçirilməyib.
Bəlkə də ona görə ki, qadınlar öz kiçik sirlərini açmaq istəmirlər.
Düşünürlər ki, kişilər bunu niyə görə bilməlidirlər ki? Qoy bir qədər
belə müəmmalarla baş sındırsınlar.
Amma əziz oxucular, sizinlə birgə bu sirri açmağa çalışaq.
Belə
bir rəy var ki, qadınlar ilk növbədə maşına, telefona və saata fikir
verirlər. Nə qədər yaxşı və yaraşıqlı oğlan olsa da, "07" sürücüsü "Cip"
sürücüsü ilə müqayisədə daha az diqqət cəlb edir. Psixoloqlar iddia
edirlər ki, qadınlar kişilərin paltarlarına və onun ayaqqabısının nə
qədər təmiz olduğuna fikir verirlər. Bundan başqa, səs tembrinə və
saçının səliqəli kəsilməsinə də diqqət yetirirlər. İdman görkəmi də
diqqət cəlb edir.
Bir sözlə, bu cəhətləri saymaqla qurtarmaq olmaz.
Bəs əslində vəziyyət necədir? Bakılı qızlar oğlanlarda nəyə diqqət yetirirlər?
Şərhlərinizi gözləyirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!