Qadın yarandığımız üçün şükür etməli olduğumuz səbəblər

Qadın yarandığımız üçün şükür etməli olduğumuz səbəblər
Qadın dünyası
10.09.2017 4
Kişilərin zarafatca dediyi bir söz var "Bəxtim olsaydı qız
doğulardım”. Əmin olun ki, hər bir kişi zarafatca da olsa həyatında heç
olmasa bir dəfə olsun bu sözü işlədib. Qadınlarla kişilər arasında
rəqabətin əsas səbəblərindən biri də kişilərin qadınlara paxıllıq
etməsidir.
Bəzən qadınlar da cəmiyyətdəki bəzi haqsızlıqlara qarşı zəif mövqedə
olanda kişi olmağı arzulayırlar. Amma əziz xanımlar belə düşünmək üçün
tələsməyin. Çünki, qadın doğulduğumuz üçün şükür etməli olduğumuz bir
çox məqamlar var. Qadın cinsinin nümayəndəsi olaraq bəzi problemlər yaşamış ola bilərik amma əslində, qadın olmağımızın bir çox müsbət cəhətləri var və onları sizə təqdim edirəm.
Bütün ekstrimal vəziyyətlər zamanı ilk qadınlar və uşaqlar xilas edilir.

Əgər gəmi batırsa, hava təbii fəlakət bəxş edirsə və ya hər
hansısa ekstrimal vəziyyətə düşmüsünüzsə özünüzü heç də bədbəxt hesab
etməyin. Axı siz qadınsınız. Dünyada insan məhfumunun var olması,
əhalinin sayının artması sırf qadınlardan aslıdır. Odur ki, heç də
narahat olmağa dəyməz. Çünki, xilas etmə komadası gələndə ilk qadınlar
xilas olunacaq və bu bizim qadın olduğumuz üçün şükür eməli olduğumuz
səbəblərdən biridir.
Qadın olmağımız bizi oğlanı görüşə çağırıb hesabı ödəməkdən xilas edir.

Keçirdiyiniz görüşləri xatırlayın. Oğlan sizi görüşə dəvət
edir. İlk olaraq nə edirsiniz? Əlbərdə ki, naz və nazlandıqca oğlana
daha çox xahiş etməsi şəraitini yaradırıq. Nazımızı çəkdirdikdən sonra
görüşməyi qəbul edirik. Görüş zamanı nazlanırıq. İstəklərimiz oğlan
tərəfindən yerinə yetirilir. Hesabı oğlan ödəyir və üstəlik onunla
görüşə gəldiyimiz üçün təşəkkür edir. Biz isə nə görüşə çağırmırıq, nə
naz çəkmirik və nə də hesab ödəmirik.
Həbsxanalarda azadlıqdan məhrum edilən qadınların sayı kişilərdən üç dəfə azdır.

Həbsxanalarda cəza çəkən qadınların sayının 0 olmasını arzu etsək də
ölkəmizdə əhalinin 51%nin qadın olduğunu nəzərə alsaq bu nisbətən
sevindirici faktdır. Bunun bir çox səbəbləri var. Əsas səbəblərdən biri
də qadınların kişilərə nisbətən daha səbrli olmasıdır. Bizim problemimin
olanda, əsəblərimiz zəifləyəndə ağlayaraq ürəyimizi boşalda bilirik.
Kişilərdə isə bu elə də yaxşı alınmır. Bu səbəbdən də onlar sözün əsl
mənasında özlərindən çıxırlar və istəmədən bəzi hərəkətləri edirlər
hansı ki, həmin hərəkətlər sırf daxili hormonlar ilə bağlı olaraq baş
verir.
Qadınlar özlərini xoşbəxt hiss etdirməyi bacarırlar.

Təsəvvür edin ki, evdə təksiniz və darızxırsınız. Əgər kişi olmuş
olsaydınız bu situatsiyada ya qızla tanış olub görüşə gedəcəkdiniz, ya
da dostlarınızla görüşüb hardasa gününüzü keçirəcəkdiniz və.s. Amma
qadınsınızsa sizin üçün darıxmaqdan canınızı qurtarmaq daha asandır.
Çünki, biz qadınlar özümüz özümüzü əyləndirməyi, xoşbəxt etməyi çox
gözəl bacarırıq. Bizim özümüzü yaxşı hiss etməmiz üçün ora-bura pul
xərcləməyimizə, bütün günü küçədə gəzməyimizə ehtiyac yoxdur. Bir fincan
isti kopuçino da özümüzü xoşbəxt hiss etdirə bilər. Bircə pletka
şokoladı yeməklə də kefimiz yerinə gələ bilər və ya adicə dodaq üçün
parıldadıcını dodağımıza çəkib, güzgüyə baxıb gözəlliyimizi hiss edərək
bütün günü xoş əhval-ruhiyyədə ola bilərik. Əgər ürəyimiz ürəkdən gülmək
istəyirsə, bunun uçun hər hansısa böyük hadisəyə ehtiyyac yoxdur. Hər
hansısa komediya filminə baxaraq ürəkdən gülüb problemimizi unudub
qayğılardan azad ola bilərik. Kişilər isə heç vaxt tək filmə baxıb
əylənməyi sevmirlər.
Statistikaya görə qadınlar kişilərdənən az 5 il çox yaşayır.

Ətrafınıza nəzər salın. Cəmiyyətimizdə dul qadınların sayı dul
kişilərdən daha çoxdur. Ölkəmizdə qadınların sayınını kişilərin sayından
çox olmasının əsas səbəblərindən biri də qadınların kişilərə nisbətən
daha çox yaşamasıdır. Qadınların uzunömürlü olmasının bir neçə səbəbləri
var. Əsrlər boyu keçmişdən bu günə qədər Azərbaycan qadını öz
xanımlığı, əxlaqı, namusu ilə seçilib və hörmətə laiq olub. Azərbaycan
xanımı həmişə düzgün qidalanır, içki, siqaret, və.s kimi ziyanlı vərdişlərə alüdə olmur və normal intim həyatı yaşayır. Bu cür sağlam həyat tərzi isə xanımları uzunömrlü edir və Azərbaycan xanımı olmağımız, uzunömrlü həyat yaşamağımız bizim şükür etməyimizə şərait yaradır.
Qorxmaq qadınlar üçün ayıb sayılmır.

Təsəvvür edin sevgilinizlə kinoya baxırsınız. Birdən filimdə
çox qorxulu bir epizod göstərilir, siz çox qorxursunuz və hətta qorxudan
qışqırırsınız. Qorxduğunuz üçün sevgiliniz sizi qucaqlayır və
sakitləşdirir. Sizə onun həmişə sizin yanınızda olduğunu deyir və sizə
qorxmamağınızı söyləyir. Və yaxud siz yol ilə gedərkən hansısa itini
gəzintiyə çıxarmış oğlanı görürsünüz və itdən çox qorxursunuz. Təbii ki,
həmin oğlan da sizi sakitləşdirəcək və sizə qorxmamanızı söyləyəcək.
Evdə tək olan zaman hansısa səbəbdən qorxursunuzsa, qorxduğunuz üçün
hansısa dostunuza zəng edirsinizsə, həmin dostunuz sizi başa düşəcək və
sizi tək qoymayacaq.
Bir anlıq bunun əksini düşünün. Qorxulu bir filmə baxdığınız zaman
yanınızdakı oğlan qorxur, qışqırmağa başlayır və siz onu
sakitləşdirirsinz. Küçədə itinizi gəzintiyə çıxartdığınız zaman yol
gedən oğlan qorxur və ya oğlan dostunuz sizə zəng edib evdə tək
qorxduğunu deyir. Sizcə belə kişilərə qadınlar hörmət edər? Qadın
olmağımızın əsas müsbbət cəhətlərindən biri də budur ki, nədənsə
qorxmağımız bizi heç vaxt alçaltmır, əksinə şirin göstərir.
Hər gün saqqalımızı təraş etmək məcburiyyətində deyilik.

Hər gün səhər oyanıb günə başlamaq bəzi xanımlar üçün çox
çətindir. Xnımların əksəriyyəti yatmağı çox sevir və səhər tezdən
oyanmaq bizim üçün problemdir. Amma əziz xanımlar gününüzə şükür edin.
Ən azından ona görə ki, hər gün oyanan kimi saqqalımız təraş etmək
məcburiyyətində qalmırsınız. Statisrtikaya görə orta hesabla kişilər
ömrünün 3350 saatını üz qırxmağa sərf edirlər.
Qadınlar stress və depresiyadan daha rahat çıxırlar.

Bu danılmaz faktdır ki, bəzən qadınlar hətta onların depresiya
yaşamasına səbəb olacaq hər hansısa hadisənin baş verməmiş olmasına
baxmayaraqdepresiyaya düşürlər. Buna səbəb qadınların orqanızmindəki
bəzi hormonlardır. Amma bizim ağlımız həmin hormonlardan daha güclüdür
və biz bu hormonlarla mübarizə aparıb depresiyadan çıxmağı çox gözəl
bacarırıq. Bizim duş almağımız, vanna qəbul etməyimiz və ya gözəllik
salonuna gedib öz imicimizə müəyyən dəyişiklik etməyimiz kifayətdir ki,
depresiyadan canımızı qurtaraq. Amma kişilərə düşdükləri depresiyadan
çıxa bilmələri üçün ən azı bir neçə şüşə içki lazımdır.
Az pul qazandığımız üçün utanmırıq.

Kişilər üçün bir neçə məcazi faciələr var. Bunlardan biri və ən
əsası qadınların onlardan daha çox pul qazanmasıdır. Onlar elə hesab
edirlər ki, əgər qadın kişidən daha çox pul qazanırsa onda evdə
idarəçilik qadının əlinə keçir və qadın ailənin başçısı sayılır. Özləri
həmişə bunu etdiklərinə görə, belə hesab edirlər. Çünki,
cəmiyyətimizdəkiəksər kişilər ailənin təməlini sevgidə yox maddiyyatda
görür və hətta ailə qurarkən beləsevgiyə yox pula estenlek verirlər.
Əziz xanımlar inanın ki, cəmiyyətimizdə sevginin pula satılması
məsələsinin də banisi məhz kişilərdir. Çünki, qadınlar sevdiyi inan üçün
hər şeyin üstündən xətt çəkib sevdiyi ilə getməyi bacarır. Amma
oğlanlar üçün ailəsinin o qızla evlənsən səndən sahib olduğun hər şeyi
geri alacam deməsi kifayətdir ki, sevdiyi qızdan uzaqlaşsın. Kişilərin
qadınlara işləməyi qadağan etməsinin əsasə səbəbi də məhz odur ki,
qadının pul qazanıqdan sonra öz ayaqları üstündə durub, sərbəst olması
və özünə inanmasından qorxurlar. Onda qadın üzərində haqlı və ya haqsız
olaraq hökmranlıq etmək daha çətin olur hətta mümkünsüzləşir. Buna görə
də qadının işləməsinə izn vermir və öz qorxaqlıqlarını qadınlara
qəhrəmanlıq kimi göstərib "Əzizim inan ki, bunu sənin yaxşılığın üçün
edirəm” ifadəsinin arxasında gizlənirlər. Qadınlar isə əksinə kişinin
onlardan daha çox pul qazanmasını nəinki faciə hesab etmir əksinə
bununla fəxr edirlər.
Əziz xanımlar qadın cinsinin nümayəndəsi kimi doğulduğunuz üçün
həmişə şükür edib özünüzü xoşbəxt sayın. Təkcə ona görə yox ki, bu
məqalədə sizin qadın olduğunuz üçün şükür etməli olduğunuz səbəblər
açıqlandı həmdə ona görə ki, bu gunun qadını sabahın anasıdır. Hamınıza
qadın xoşbəxtliyi arzusu ilə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!