FAHİŞƏ HEKAYƏTİ: "Sevdiyim atıb getdi, mən də başladım...” – FOTO

FAHİŞƏ HEKAYƏTİ:
Qadın dünyası
10.09.2017 47
... Onunla tanış olduğum ilk gün də içkiliydi. Parkın gün düşən
tərəfində bir skamyada oturub ara-sıra gözündən yaş axıdırdı. Elə o gün
diqqətimi cəlb etmişdi. İkinci dəfə yolum yenə o parkdan düşəndə onu
eyni skamyada oturan gördüm. Yaxınlaşıb, yanında əyləşmək üçün izn
istədim. Sanki elə buna bəndmiş kimi gözüylə mənə razılığını bildirdi.
Sonra elə özü başladı söhbətə... Ondan sonra onunla bir neçə dəfə yenə
həmin parkda və skamyada söhbətləşdik. Mənim jurnalist olduğumu biləndə
isə həyatını yazmağı təklif etdi. Əslində mənim ona yaxınlaşmaqda
məqsədim də elə buydu. Təklifini qəbul edib növbəti görüşümüzün vaxtını
təsadüfə buraxmadıq. Elə ordaca qərarlaşıb ayrıldıq.
 
 
"15 yaşım olanda atam məni özümdən 8 yaş böyük oğlana ərə verdi.
Qayınanam, baldızlarım, ərim yola vermədilər. Qucağımda uşaqla küçəyə
atdılar. Ailəm də yaxın durmadı mənə. Uşağım günlərlə ac qaldı. Axırda
məcbur olub bu işə başladım. Mənim də, körpəmin də qarnı doydu...”
 
"Niyə fahişəlik edirsən?” sualına adətən bu cür standart cavablar
alırıq. Bəlkə elə gözlədiyimiz, ona bəraət qazandırmaq üçün axtardığımız
cavab da budu. Qınayan qınayır, qınamayan "balası acdı, neyləsin
yazıq?!” deyib onların əməlinə haqq verir. Bu gün yenə onlardan
danışacağıq. Mövzu fahişəlik olsa da Asyanın (ad şərtidir) hekayəsi və
məşhur suala cavabı fərqli oldu. Mələk siması ilə hər kəsi aldada
biləcək bu qadın sevdiyi kişiyə acıq edib bütün kişilərdən qisas
aldığını deyir: "Sən və ya başqaları mənə fahişə deyə bilər. Amma mən
özümü fahişə kimi hiss etmirəm. Fahişə odur ki, işi müqabilində pul
alsın. Mən isə xırda-para hədiyyələrdən başqa heç nə qəbul etməmişəm.
Sənə əvvəl də demişdim, özümün işim, yeməyə çörəyim, qalmağa yerim var.
Əlavə pula ehtiyacım yoxdu. Mənim məqsədim, tək amalım özümü kişilərə
sevdirib, sonra onları tərk etməkdi. Onun mənə etdiyi kimi. Nədənsə,
cəmiyyətimizdə elə düşüncə var ki, yalnız qadınlar tərk edilir. Qoy
görsünlər ki, kişilər də tərk edilə bilir. Çox kişilər görmüşəm qarşımda
ağlayıb, "getmə” deyə yalvarıb. Bu, mənə ləzzət edir”.
 
 
- Belə iddialısansa, gəl, səmimi olaq. Özün haqqında düzgün məlumat ver. Kimdir Asya?
 
- Ailəm mənim üçün yoxdu. Atama nifrət edirəm, anama yazığım gəlir.
Bircə işimə görə qalmışam. Bu dövrdə iş tapmaq çətindi. İşdə hamı məni
mələk kimi tanıyır. Onlara bu şoku yaşatmaq istəmirəm. Belə açıqlama
edərsəm, işimi itirə bilərəm. Dövlət işində işləyirəm axı. Yoxsa fotomu
çəkməyinə icazə verərdim. İslanmışın yağışdan nə qorxusu?! Özüm
barəsində bunu deyə bilərəm ki, qarışığım var. Ata nənəm rus olub. Bakı
kəndlərinin birində böyümüşəm. Belə yarımçıq olacaq. Bəlkə başdan
başlayaq? 
 
 
- Sənə necə rahatdısa.
 
 
- Mən sənə hər şeyi danışacam. Lakin bircə şərtim var. Sözümü kəsməyəcəksən. Razılaşsan başlayaq.
 
 
Razılaşdım. Yenə içkiliydi, mübahisə etmək faydasız olacaqdı. Həm bir
neçə sualdan başqa mənim ona deyəcək bir sözüm yoxuydu. Həmişəki
skamyada yerimizi rahatladıq. Mən əlimdəki su qabını, o isə pivə
butulkasını bərk-bərk sıxmışdı. Başladıq söhbətə. Daha doğrusu, o
danışdı, mən dinlədim...
 
 
- Sən şəhərdə böyümüsən. Məni tam olaraq anlaya bilməzsən. Kənddən
kəndə də fərq var. Mənim böyüdüyüm kənddə qız doğulmaq bədbəxtçiliyin
ilk pilləsidi. Qızı olan kişilər körpəsinin doğulduğu gündən qızı necə
başından etmək barəsində düşünməyə başlayırlar. Təhsil - onu heç ağlına
da gətirmə. Qız nədi, təhsil nədi? Adını yaza bildi bəsidi. Uzun sözü
qısası, atamın qapazı altında böyüyüb 16 yaşıma çatdım. O zaman pis adam
deyəndə ağlıma ilk gələn insan atamıydı. Elə bilirdim həyatda atamdan
pis adam yoxdu. Zamanla gördüm ki, atama şükr etməliyəm.
 
 
El adəti və ənənəsiylə 16 yaşımda məni kəndçimə ərə verdilər. Bizim
toylarda kişilər və qadınlar ayrı otururlar. Ona görə də mən evdə
qadınlarla, bəy isə həyətdə toy çadırında kişilərlə oturmuşdu. Bəyin
şəklini görsəm də, üzünü ilk dəfə toy gecəsi gördüm. Onu sevdimmi?
Vallah, deyə bilmərəm. Tanımadığım insanı bir günə necə sevə bilərdim.
Amma canımı atamın əlindən qurtardığı üçün ürəyimdə ona minnətdar idim.
Günlər keçdikcə bir zamanlar qaçmağa can atdığım ata evinə qayıtmağı
düşünürdüm. İnsan nə qədər döyülüb söyülər? Bu barədə anama deyəndə
"sus, ağzın qanlı olsa da, dinmə. Atan ikimizin də başını kəsər”, -
deyirdi. Sonuncu dəfə ərim məni döyəndə yerdəki sobanı başıma vurmağa
hazırlaşırdı ki, elə ev paltarındaca ayaq yalın qaçdım evdən. Qışın
soyuğunda özümü güclə atam evinə çatdırdım. Gecə vaxtı məni qapının
ağzında görən atam yazığı gəlib evə buraxdı. Sabah geri göndərmək
istəyəndə "bir də məni o evə göndərsən, özümü öldürəcəm” dedim. Bilmirəm
yazığımı gəldi, yoxsa özümü öldürəcəyimə inanıb məni bir daha o evə
göndərmədi. Ancaq qarşıma şərt qoydu ki, evdən burnumu belə çölə
çıxartmayacam. Beləcə, aylar keçdi, mənim getdiyim yer uzaq başı
qonşuluqda yaşayan əmimgil olurdu. O da qaranlıqda, küçədə kimsə
olmayanda.
 
Dəqiq yadımdadı. Yay aylarıydı. Mən öz otağımda, anamgilsə qonaq
otağında televizora baxırdılar. Kinonun adı yadımda olmasa da məzmunu
beləydi. Təhsilsiz bir qız kənddən şəhərə gəlir. Orda işə başlayır.
Cahil və təhsilsiz olduğu üçün hamı onu aldadır. Pis dostların əhatəsinə
düşür, narkotik, oğurluq, əxlaqsızlıq. Birdən anam qəflətən ”yox, mən
qoymaram qızım da belə olsun”, - dedi. Atam məni döyəndə səsi belə
çıxmayan anam qışqırırdı. Atamla şokdaydıq. Daim əsib gurlayan atam bir
söz belə demədən anama baxırdı. Gözünü filmdən çəkib sərt baxışlarını
atamın gözünə zillədi: "Ya sən bu qızın şəhərdə oxumağına razılıq
verəcəksən! Ya da mən səndən boşanıb qızımı da götürüb oxumağa şəhərə
aparacam!”. Nə baş verdiyini anlamırdıq. Atam hələ də özünə gəlməmişdi.
Mat-mat anamın üzünə baxırdı. Hər halda arvad dəli olub deyə düşünürdü.
Birdən atam sakit, qırıq səslə " yaxşı, nə deyirəm, oxusun da” dedi.
Atamın bu cavabından sonra mən şoka düşdüm. Dünya tərsinə dönüb deyəsən.
Bu nədi? İllərdi atama cavab belə qaytarmayan anam indi ərinin üstünə
qışqırır, atam məni şəhərdə oxumağa göndərməyə razılaşır...
 
 
Beləcə, atam şəxsi puluyla məni kolleclərin birinə düzəltdi. Sentyabr
ayından dərsə getməyə başladım. O vaxtlar dərslər ayın birindən
başlayırdı.  Kənd qızı və şəhər. Təsəvvür edirsən? Evdən küçəyə çıxmayan
qız birdən-birə şəhərə təkcə dərsə gəlib gedir. Əvvəl günlər çox çətin
oldu mənə. Utancaqlıq, komplekslərim vardı. Şəhərdə bizim kimi insanlara
"çuşka” kimi baxırdılar. Bir neçə aydan sonra şəhər mühitinə adaptasiya
oldum. Sonra eşitdim ki, kollecimizdə ödənişli kompüter kursları
keçirlər. Anamdan icazə alıb atamdan gizlin həmin kurslara başladım.
Anam "pensiyası” ilə kurslarımın pulunu ödəyirdi. Kompüterə marağım
kollecdən daha çoxuydu. Müəllimim də məndən razılıq edirdi: "Çox
qabiliyyətlisən. Belə getsə, sən hamıdan yaxşı biləcəksən”. Bir qədər
sonra mən təhsilimi atıb bütün fikrimi verdim kompüterə. Ağır
proqramları öyrəndim. Və iş təklifi aldım. Maaşı da normalıydı. Mənim
kimi ata, ana əlinə baxan adam üçün hətta əlaydı. Razılaşdım, başladım
hər gün məktəb əvəzinə kompüter kursunda dərs keçməyə. Beləcə, təhsilimi
yarımçıq qoydum.
 
 
Bir neçə aydan sonra dərs dediyim şagirdlərdən birini sevməyə
başladım. Daha doğrusu, bir-birimizi sevdik. Şagird deməyimə baxma,
oğlanın yaşı məndən çox idi. Kursadakıların hamısı yaşca məndən böyük
idilər. Necə ki, kollecdə, eləcə də kursda heç kim mənim bir dəfə ailəli
olduğumu bilmirdi. Vüsal da eləcə. Bir ilə yaxın küncdə-bucaqda
görüşdük, sevişdik. Elə ki, evlənmə söhbəti araya düşdü oğlan heç bir
açıqlama vermədən birdən- birə yoxa çıxdı. Əvvəl zənglərim cavabsız
qaldı, sonra telefonu söndü. Aylarla göz yaşı tökdüm. Səkkiz martda
verdiyi dəmir parçasını barmağımdan çıxartmadım. Bilmirdim nə edim.
Başına pis hadisə gəldiyini düşünürdüm. Bəlkə ölüb? Bəlkə mənim köməyimə
ehtiyacı var? Amma onun məni yarı yolda qoyacağını heç cür ağlıma
gətirmirdim. İşləməyən nömrəsinə hər gün zəng edirdim. Beləcə, bir ilə
yaxın onun yolunu gözlədim. Bir gün yanında bir xanımla qarşıma çıxdı.
Qızın nişan üzüyü olan əlindən bərk-bərk yapışmışdı. Aylar əvvəl
axtardığım sualların cavabını o gün tapmışdım. Həmin gün ona olan sevgim
nifrətə döndü. Və ondan sonra başladım...
 
 
- Necə yəni başladım? Bu qədər asandı məgər?
 
 
- Yox, birdən-birə deyil, yavaş-yavaş. Bu işdə çətini birinci dəfədi.
Mən birinci özümə obyekt seçirdim. Kim mənim qurbanım ola bilər? Sonra
başladım planlarımı həyata keçirməyə. Onsuz da cazibədar olduğuma görə
arxamca gəzən kişilər çoxuydu. Bir him-cimə bənd idilər ki, mənim
olsunlar. Amma mən daha çətin yolu, məni bəyənməyən, mənə fikir
verməyənləri seçdim. Həm də mənim hədəfim evli, nişanlı, ya da sevgilisi
olan kişilər idi. İlk işim onlara qayğı, mehribançılıq göstərmək idi.
Kişilər qadın mehribançılığı və anlayış qarşısında acizdirlər. Yaşadığım
acı günlərdən danışıb bir-iki damla göz yaşı tökmək kifayət edir ki,
balıq tora düşsün. Özümə bağlayandan sonra səssiz-səmirsiz onları tərk
edirəm. Artıq 5 ildir bu fənddən istifadə edirəm. Qurbanlarımın sayını
dəqiq bilməsəm də, çoxunun adı yadımdadı. Aralarında vəzifəli şəxslər də
olub. İntiqamımı almaq mənə zövq versə də, bəzən məni də incidir.
Gördüyün bu parkı seçməyim təsadüfi deyil. Bura ilk dəfə Vüsalla
gəlmişdim. Bax, elə bu gördüyüm skamyada oturmuşduq.
 
Ağlamaq istəsə də, içindəki qəhəri boğub özünü güclü
göstərməyə çalışan Asya söhbət boyu qurtum-qurtum içdiyi pivəsini bir
nəfəsə başına çəkdi.

 
- Ailəndən danışmadım heç. Bəs atan, anan?
 
- Bilirsən, pul hər şeyi həll edir. Pul kimdədirsə, hakimiyyət də ondadı. İndisə, pul məndədi.
 
Birdən onun telefonuna zəng gəldi. Nömrəyə baxıb: "Bir azdan bura
növbəti qurbanım gələcək. Adətən qurbanlarımla ilk görüşü bu parkda, bu
skamyada təyin edirəm. İndisə sən get. Qarşılaşmağınızı istəmirəm. Hər
halda sən özün də istəməzsən”, - dedi.
Eşitdiklərim məni xeyli sarsıtmışdı. "Əlbəttə, istəmirəm”, - deyib
ürəyimdə bir daha o parka getməməyə söz verdim. Bir neçə metr
uzaqlaşmışdım ki, bir anlıq geri dönüb baxdım. Skamyada əyləşən mələk
simalı bir qadın mənə tərəf boylanırdı...


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!