Qadınlar niyə ana olmaq istəmir?

Qadınlar niyə ana olmaq istəmir?
Qadın dünyası
10.09.2017 10
Əksər qadınlar ana olmaq istəyirlər. Amma cəmiyyətdə bu istəyə əks
olan qadınlarda var. Belə fikirlər əvvəlcə İngiltərədə formalaşmağa
başladı. Bu fikirlər "child free” terminində əks olunurdu ki, bunun da
tərcüməsi "uşaqdan azad” mənasını ifadə edir. Bu söz əsl qadın
humanizmində yad olsa da onun tərəfdarları cəmiyyətdə heç də az deyil.
Bəzi xanımlar gec ana olmaq istəyir, bəziləri isə ümumiyyətlə ana olmaq
istəmir.
Belələri hesab edirlər ki, onların uşaqları böyütmək üçün kifayət
qədər səbrləri yoxdur. Uşağın çirkli paltarını yumaq, vaxtında
yedizdirmək və onun səs-küyünə qulaq asmaq onların həyat prinsiplərinə
daxil deyil.Cəmiyyətdə anaların tez-tez işlətdiyi cümlələr var ki, o da
gənc qızları ana olmaqdan çəkindirir.
"Mən sənə bütün gəncliyimi sərf etmişəm, sən isə məni qiymətləndirə bilmirsən” və ya "uşaq yeni problemlər gətirir”. Ana olmaq istəməyən qadınlar fikirləşirlər ki, bəlkə
gələcəkdə mənim övladım cəmiyyətdə yaramayan bir insan oldu və ya
uğursuz taleyi oldu. Gələcəkdə belə övlada görə əziyyət çəkmək və onun
məsuliyyətini daşımaq istəmirlər. Bəzi qadınlar isə karyera qurmaq üçün ailə qurmaqdan və ana olmaqdan imtina edirlər. Bəzi qadınlar isə
ana olmaq istəməmələrinin bir sıra səbəblərini qeyd edirlər: maddi
çətinlik, gəncliyi özünə həsr etmək arzusu, xarici görünüşünün
dəyişilməsini istəməmək, hamiləlik və uşaq dünyaya gətirmək qorxusu
Araşdırmalar göstərib ki, ABŞ-da 1982-ci ildə 2,4% qadın ana olmaqdan
imtina etmişdisə, bu say 1995-ci ildə 6,6%-ə çatmışdır. Ha-hazırda bu
faiz daha yüksəlib. Toronto Universitetində işləyən Devid Fut bu qənaət
gəlmişdi ki, cəmiyyətdə ali təhsilli qadınların sayı artdıqca ana olmaq
istəyənlərin sayı azalır. Hər kəsin ana olmaq istəyi onun şəxsi işidir.
Amma sevdiyi insandan körpə dünyaya gətirmək hissi bu dünyada heç bir
şeylə əvəz oluna bilməyəcək bir xoşbəxtlikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!