Xanımları utandıran suallar

Xanımları utandıran suallar
Qadın dünyası
10.09.2017 92
XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qadınlar özləri üçün
özlərindən "ayıb” pərdəsi altında tabular qurublar. Lakin "ayıb” olaraq
ümumiləşdirilən bəzi suallar heç də ayıb bir məsələlər deyil. Normal, sağlam bir qadın bu sualları
beynindən keçirirsə bu heç də onun əxlaqsız olduğunun göstəricisi
deyil. Bəs, görəsən o suallar hansılardır?

"Orqazm olduğumu hardan bilim?”


Bu sual, qadınların soruşmağa qorxduğu sualların başında gəlir.
Ətraflarındakı digər qadınlardan davamlı orqazm hekayələri eşidən
qadınlar, özlərindən şübhə etməyə və bir problemləri olduğunu düşünməyə
başlayırlar. Halbuki ilk olaraq bunu qəbul etmək lazımdır ki; orqazm
dərhal olan bir şey deyil. Mütəxəssislərə görə orqazmı öyrənmək üçün
müəyyən bir zaman lazımdır, çünki orqazm öyrənilən bir refleks olaraq
qəbul edilir.
Orqazm - cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin
ən üst səviyyəsidir. Orqazm vəziyyətində hər iki cinsin nümayəndəsində
boşalma baş verir və bir sıra ümumi simptomlar yaşanır. Bunlardan cinsi
orqanın qızarması, nəfəs və ürək döyüntüsünün sürətlənməsi və ani
yorğunluğu misal göstərmək olar. Orqazm vəziyyəti cinsi əlaqə zamanı və
ya masturbasiya nəticəsində baş verə bilər. Orqazm normal insan
bədənində 10 – 20 saniyə davam edir. Ancaq bəzi cinsi həzzi gücləndirən
dərmanların hazırlanmasından sonra, bu müddəti daha da uzatmaq
mümkündür. Xüsusilə qadınlarda cinsiyyət orqanı sinir sistemi baxımından
çox zəngindir.
Qadınlarda orqazmın gec əldə olunmasına baxmayaraq, orqazm baş
verdikdə, həzz kişilərə nisbətən daha şiddətli olur. Tanınmış alim
Uliyam Ric orqazm prosesini cinsi əlaqə dövrünün IV mərhələsi olan
boşalma termini ilə izah etmişdir. Lakin hər bir qadın istənilən cinsi
əlaqədə orqazm olmur. Qadınlarda orqazm, klitorun ya da digər həssas
bölgələrdəki təzyiqin, bədən gərginliyini artırıb vagina (uşaqlıq yolu),
uşaqlıq daxili və düz bağırsaqda sıxılmalar yaratması, bu sıxılmalar
əsnasında ürək və qan təzyiqini artırması ilə meydana gəlir.
Orqazmın müddəti kimi şiddəti də adamdan adama dəyişir. Əslində
qadınların orqazm olub olmadığını anlamaması kimi bir vəziyyətlə
qadınlar o qədər rastlaşmırlar, çünki bir qadın bədənindəki bu
dəyişiklikləri asanca anlaya bilir.

"Cinsi əlaqədən sonra cinsiyyət orqanının təmizlənməsi hamiləliyin qarşısını alırmı?”


Cinsi əlaqədən sonra genital bölgəni təmizləmək hamiləliyi önləmir,
çünki spermalar sürətli bir şəkildə içəri girir və hamiləliyin
yaranmasına və inkişafına səbəb olur. Genital bölgənin xarici qisminə
boşalma olsa spermalar təmizlənərək hamiləlik ehtimalını azaltmış olur.
Lakin buna da çox güvənmək olmaz, çünki spermalar uzun müddət öz
təsirini itirmədən yaşayırlar.
Bəziləri isə "Bəzən cinsi əlaqə sonrasında ağrılarım olur, niyə?”
suallı ilə müraciət edirlər. Vaginal mayenin kafi olmadığı vəziyyətlərdə
cinsi əlaqə sonrasında ağrı hiss olunur. Bu ağrılar ümumiyyətlə bir şey
ifadə etmir amma ağrı davamlı hala gəlibsə və hər birləşmə əsnasında
tekrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu tip
ağrılar uşaqlıq yolunda olan kistaların və yaraların xəbərçisi ola
bilir.
Qadınlar kişilərə görə daha yavaş və çətin xəbərdar edilir. Lakin
qadınların ən böyük şansı üst-üstə orqazm yaşaya bilmələri olur. Qadının
boşalması daha uzun sürür və cinsi əlaqədə uzun müddət ola bilirlər. Bu
səbəblə orqazmın da üst-üstə yaşanması mümkün olur.

"Menustrsiya (aybaşı) dövründə cinsi əlaqə mümkündürmü?”


Bəzi mütəxəssislər bunun zərərli olduğunu bildirirlər, bəziləri isə
aybaşı dövründə cinsi əlaqəyə girilə biləcəyini ifadə edirlər. Uşaqlıq
yolu aybaşı dövründə infeksiyalara daha həssas olur, bu səbəbdən də
təmizliyə və qorunmağa daha da diqqət etmək lazımdır. Lakin bəzi
qadınlar bu dövrdə cinsi əlaqəyə istəkli ola bilir və yoldaşları də
bundan narahat olmursa birlikdə olmalarında çox da böyük bir qəbahət
yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!