Qısqanclığın 10 əsas səbəbi

Qısqanclığın 10 əsas səbəbi
Qadın dünyası
10.09.2017 36
Kişilər şüurlu qadın qısqanclığını təbii və hətta xoş qəbul edirlər. Kişiyə qarşı qısqanclıq qadının ona münasibətinin ciddi olmasından xəbər verir. Ancaq bəzən qadın qısqanclığı sərhədi aşır, sevgilisini itirməkdən qorxan xanım cüzi şeylərə anormal reaksiya verir, dəlillərə fikir vermədən qeyri-sağlam qısqanclığın əlamətlərini nümayiş etdirir.
1. O, kişini izləyirQısqanc qadın müntəzəm olaraq kişini izləyir, onu telefon zəngləri ilə bezdirir, hesab kitabçasını və ciblərini yoxlayır, hətta internet axtarış sisteminin tarixinə belə baxır.
2. O, hər həftə yoldaşını xəyanətdə təqsirləndirirXəstə qısqanclıq qurbanı olanlar hər həftə öz sədaqətini sübut etməyə çalışırlar. Hədsiz dərəcədə qısqanc qadın heç kimin məsləhətinə qulaq asmır, keçmiş şübhələrə görə üzr istəyib yenisinə başlayır.
3. O, yoldaşının subay kişilərlə dost olmasını istəmirHər tanış kişi, onun hakimyyətinin potensial təhlükəsi olmağa başlayır. Subay dostlar - ikiqat təhlükədir. Xanımların fikrincə, o cür dostlar kişini gözəl tənha qadınlar olan kampaniyaya qata bilər. Bundan əlavə, o düşünür ki, kişinin heç dostu olmasa, daha yaxşıdır.
4. O, insanlar arasında dava salırQısqanclıq səhnəsi məkan, vaxt və ya mühitdən asılı deyil, "xəstə" qadın hər yerdə dava sala bilər. Qısqanc xanım ifadələrindən və səs tonundan utanmayaraq ailə, dostlar və cəmiyyət qarşısında kişini pərt edə bilər.
5. O, yoldaşını iş yoldaşı ilə xəyanətdə günahlandırırOla bilər bir gün o, "çox işim var idi" bəhanəsi ilə "təsadüfən" onun ofisində peyda olacaq. Hədsiz qısqanc qadın sevgilisinin iş yerində katibə, ya başqa bir cazibədar assistentin çalışmasına dözə bilməz, əks halda kişini əsl katorqa gözləyir
6. O, "təsadüfən" yoldaşının olduğu restorana gəlirOla bilsin qadın həmin restorana təsadüfən gəldiyini bildirəcək, lakin əminliklə demək olar ki, bu, əvvəlcədən planlaşdırılıb. Gözlənilmədən peyda olmağın arxasınca, "madam, ikimiz də burdayıq" deyərək gecəni birlikdə keçirmək və ya evə getmək təklifi gələ bilər.
7. O, sevgilisinin dostlarını sorğu-suala tuturHəddindən artıq qısqanc qadının, yəqin ki, xüsusi "şpionlar" dəstəsi var, amma bununla belə, o, kişi qanunlarını tapdalayaraq onun dostlarını sorğu-suala çəkir.
8. Hətta yaxşı münasibət də onun kefini pozurQadınla keçirilən hər dəqiqə - başqası ilə eşqbazlıq etmək üçün əldən çıxmış imkan deməkdir. Bu üzdən o çalışacaq ki, kişini nəzarətdə saxlasın. Qadını ən məsum əməllər belə qıcıqlandırır - məsələn, axşamı evdə onunla keçirmək əvəzinə, kişi anasına və ya qohumlarına baş çəkməyə gedir.
9. O, sevgilisini dostları ilə heç yana buraxmırQeyri-normal qısqanclıqdan əziyyət çəkən qadın sevgilisinin dostları ilə birlikdə əylənməsinə imkan vermir, böyük ehtimal ki, barda olan cəlbedici gözəlçələrə biganə qala bilməyəcək. Beləliklə, evə qayıdan qısqanclıq xəstəliyinin qurbanı "döyüş meydanı" ilə üzləşəcək: o, hər şeyi nöqtəsinə kimi danışmalıdır: Harada? Necə? Kiminlə?
10. Kişi başqa qadınlara baxanda o qəzəblənirO, kişini nəinki başqa qadınlara baxanda, hətta onun yanından ötüb keçən gözəl xanımlara da qısqanır. Həddindən artıq qısqanc qadın sevgilisinin xarici görünüşündən asılı olmayaraq bütün xanımlarla əlaqəsini məhdudlaşdırmağa çalışır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!