Qadınlar metroda necə geyinməlidirlər?

Qadınlar metroda necə geyinməlidirlər?
Qadın dünyası
10.09.2017 16
Çinin Şanxay şəhər metrosundakı reklamlar əhalini və xüsusilə də metrodan yararlanan xanımları həddən ziyadə sinirləndirib.
"Shanghay Metro” konserninin yeni sosial reklamında şəffaf paltar
geyinmiş qadın var. Donunun altından qara rəngli alt paltarı görünən
qadının fotosunun altında yazılıb: "Sərnişin qadınlar geyimlərinə fikir
verməli, özlərinə və ətrafdakılara sayğı bəsləməli, anormal psixikalı
adamları provokasiyaya çəkməməlidirlər”.
Bu reklam metro stansiyalarında və qatarlarda peyda olan kimi çinli
qadınlar metro rəhbərliyini seksizmdə, qadınların aşağılanmasında
suçlayıblar.
Çinin ən populyar "Weibo” mikrobloqlar servisində reklam sərt
tənqidlərə məruz qalıb. Hətta, bəzi xanımlar metroda fləşmob keçiriblər.
Onlar başlarına çadra salıblar, üzlərinə niqab tutublar.
"Metro rəhbərliyinin məntiqinə görə, hovuzlardakı qadınların hamısı
təcavüzə məruz qalmalıdır. Çünki onlar yarıçılpaq, çimərlik paltarında
olurlar. Halbuki, qadın açıq-saçıq geyinsə belə, bu, onun zorlanması
üçün əsas deyil”, – çinli xanımlar deyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!