Evdə pişik çöldə pələng (test)

Evdə pişik çöldə pələng (test)
Qadın dünyası
10.09.2017 46
Sevgililər bir-birlərini çox vaxt əzizləyici sözlərlə çağırırlar. "Mənim balaca məstanım... Mənim pişiyim..." Lakin ilk baxışdan çox mehriban görünən bu varlıqların günlərin bir günü əsəbi nəriltiləri də eşidilir. Bu təhlükə sizin də aranızda gözlənilə bilər? Bu sualı test vasitəsi ilə cavab tapa bilərsiniz.


1. Tamamilə kənar bir şəxsin sizə toxunmasına necə reaksiya verirsiniz?

A) Dözürəm.

B) Deyinirəm.

C) Əlini itələyirəm.

2. Partnyorunuzda onun büdcəsinə uyğun olmayan yeni, çox bahalı əşya görürsünüz.

Sizin reaksiyanız?

A) Belə bir əşyaya sahib olduğuna sevinərəm.

B) Ayıq olaram və izahat tələb edərəm.

C) Həmin əşyanı tullayaram.

3. Tanışınızın ziyafət geyimini geyinib şənliyə, yığıncağa gedə bilərsiniz?

A) Niyə də yox?

B) Geyinsəm belə, özümü narahat hiss edərəm.

C) Ondansa "çılpaq" gedərəm.

4. Sevdiyiniz (yoldaşınız) işdə yubananda nə hiss edirsiniz?

A) Minnətdarlıq-axı o, ailəsinə görə çalışır.

B) Bir balaca qısqanclıq-axı onun həqiqətən də işlədiyinə əmin ola bilmərəm.

C) Hiddət-bu xəyanət etmək üçün bəhanədir.

5. Partnyorunuzu (yoldaşınızı) başqası rəqsə dəvət etsə siz:

A) Mən də bir başqasını rəqsə dəvət edərəm.

B) Kənardan onların özlərini necə aparmasını müşahidə edərəm.

C) İlk fürsətdə bu cütlüyü ayıraram.

6. Əhval-ruhiyyənizin pis olması sevgilinizə (yoldaşınıza) necə təsir edir?

A) Hec necə, mən bacardıqca bunu gizlədirəm.

B) Mənə "yaltaqlıq" etməlidir, yoxsa daha çox əsəbləşirəm.

C) Özünü sakit aparmalıdır, yoxsa hirsimi ondan çıxaram.

7. Ailədə diqqət mərkəzində olmağı xoşlayırsınız?

A) Yox, bu mənə xas deyil.

B) Bəzən ailəm üçün nəsə vacib bir şey edərkən.

C) Təbii ki, başqa layiqli namizəd yoxdur axı!

8. Vegetarianlığa necə baxırsınız?

A) Hesab edirəm ki, bu yaxşı qidalanma sistemidir.

B) Dardüşüncəli insanların işidir.

C) Yolverilməz hesab edirəm.

Nəticə: 

Hər A cavabı üçün 3 xal, B-2 xal, C-1 xal.

20-24 xal: Sizə həqiqətən də "məstan", "dovşan" və "pişik" kimi əzizləyici adlar yaraşır. Çünki bu sevimli varlıqlarda sizin kimi mehriban, təhlükəsiz və sevinc gətirəndir.

15-19 xal: Siz pişiyə, dovşana xas olan çərçivədən tez-tez çıxır və tünd xarakter göstərirsiniz. Bunun özündə də bir gözəllik var: kəskin təəssüratları çoxları stabillikdən üstün tutur.

8-14 xal: Siz əsl "vəhşi heyvansınız." Hərçənd ki, bu keyfiyyətinizi hər zaman göstərmirsiniz. Sizi heç cür əzizləyici formada çağırmaq olmaz. Əks halda bunu təhqir kimi qəbul edə və kəskin reaksiya göstərə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!