Gənc qızların problemi

Gənc qızların problemi
Qadın dünyası
10.09.2017 33
Menstruasiya nizamsızlıqları:
Zaman - zaman menstruasiya qanamalarında nizamsızlıqlar ola bilər. Bu vəziyyətlər təkrarlasa bir sağlamlıq mərkəzinə müraciət edilməlidir:
9 yaşından əvvəl menstruasiya görməyə başlanması.
16 yaşına qədər sinə böyüməsi, tüklənmə kimi yetkinlikdə görülən dəyişikliklərin başlamaması və hələ menstruasiya görülməməsi
18 yaşına gəldiyində yetkinlikdə görülən cinsi dəyişikliklərin başlamış, ancaq hələ menstruasiya görülməmiş olması




          Menstruasiya qanamalarının 21 gündən daha çox, 35 gündən daha uzun fasilələrlə olması



           Menstruasiya qanamalarının 7 gündən uzun ya da 1 gündən qısa çəkməsi



          İki menstruasiya arasında qanamalar olması



           Menstruasiya qanamalarının həddindən artıq miqdarda olması




            Axıntılar:



            Hər gənc qızda xəstəlik olmayan normal bir axıntı vardır. Qoxusuz, çirkli bir ağ axıntı qorxutmamalıdır. Paltarda ləkə buraxa bilən bu təbii axıntı bir çox gənc qızı və ananı həyəcanlandırar. Hər kəsin boyu və kilosu necə eyni deyilsə, axıntı miqdarı da adamdan adama görə dəyişər. Ancaq aşağıdakı vəziyyətlər varsa, təbii olmayan bir şey var deməkdir:




           Axıntının sarı-yaşıl rəngli və pis qoxulu olması



           Süd kəsiyi kimi pütürlü olması və turş iy verməsi



           Hər zamankından çox daha çox axıntı olmağa başlaması



            Bərabərində qaşıntı və yanma hissi olması



            Bu şikayətlərə gətirib çıxaran xəstəliklər həkimlər tərəfindən asanlıqla müalicə edilməkdədir.




            Qarın və Qasıq Ağrıları:



            Bəzi gənc qızlarda qarının alt bölgəsində dəyişik formalarda özünü göstərən ağrılar ola bilər. Bu ağrılar, bir ağırlıq ya da batma kimi yüngülcə başlayıb şiddətlənə bilər və az sonra azala bilər. Dəyişik səbəblərə bağlı ola bilən bu ağrılar əsla laqeydlik edilməməlidir. Qarının alt bölgəsində ağrı, həssaslıq olar və atəş 38 dərəcə və üzərinə çıxarsa, bir həkimə müraciət edilməsi lazımdır. Bu ağrıların səbəbi iç artıma orqanlarından qaynaqlanan bir iltihab ola bilər.



     Menstruasiya Əvvəli Gərginlik:



            Bəzi gənc qızlar, menstruasiya görmədən əvvəl bir neçə gün davam edəsincə gərgin və kövrək ola bilər. Bu, davranış, duyğu və düşüncələrini təsir edə bilər. Belə bir vəziyyət dünyadakı çoxu qadının ortaq problemidir. Həkimlərdən alınacaq bir köməklə bu dövr daha rahat keçirilər.



            Menstruasiya sancısı:



            Bəzi gənc qızlar, menstruasiya qanamaları əsnasında bel və qasıqarında ağrı hiss edə bilər. Sancı, sıxılma formasında lap zaman zaman artıb azala bilər.



            Bu ağrı menstruasiyanın ilk günündə ya da 1-2 gün  əvvəlində başlaya bilər. Sancı ilə birlikdə bulanma, qusma da ola bilər.



            Menstruasiya sancısını azaltmaq üçün bel və qarın bölgəsini isti tutmaq və bədən hərəkətləri etmək faydalı ola bilər. Sancı narahatlıq verirsə bir həkimə müraciət edilməlidir. Bu ağrının bədəndəki başqa əhəmiyyətli bir səbəbdən olmadığının da qəti olaraq başa düşülməsi lazımlıdır.
            Gənc qızlarda həddindən artıq tüklənmə: Hormonal tarazlıqda bir pozğunluqluğa bağlı olub - olmadığı araşdırılmalıdır. Ancaq əsmərlərdə daha çox tüklənmə ola bilər. Bu vəziyyət gənc qızı üzür və narahat olursa bir həkimə müraciət edilməsi uyğun olacaq

/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!