DODAQ UCUN MASAJ

DODAQ UCUN MASAJ
Qadın dünyası
10.09.2017 82
Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış suda isladılmiş yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranınız yaxşılaşdıracaq, hətta solğun dodaqlarınıza təravət gətirəcək. Bundan sonra baş və şəhadət barmağınızla alt və üst dodaqlarınızı masaj edin.Dodaq üçün maska - Küçədə dodaqlarınızı yalamayın. Bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınız çatlayıbsa çalışın pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.Gigiyenik pomada - Kosmetoloqlar məsləhət görür ki, dodaq qurumasına ən yaxşı müdafiyə makiyaj və gigiyenik pomadalardır.Dodaqlarınızı yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından sürtə bilərsiniz.Əgər dodaqlarınızı limon şirəsi ilə sürtsəniz onlar uzun müddət təravətli və təbii görünüş qazanacaq.Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlarınız nəm və yumşaq olacaq. nikuss'скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!