Kök xanımlar üçün kiçik məsləhətlər

Kök xanımlar üçün kiçik məsləhətlər
Qadın dünyası
10.09.2017 11
 
Dəbli stilistlərin fikrincə, ümumiyyətlə geyim seçərkən əsasən gözəl
əhval ruhiyyədə olmalısınız ki, uğurlu seçim edə bilərsiniz.

 
Nə etmək lazımdır?
 


Kök xanımlar daha çox açıq pastel rənglərdə olan geyimlərə üstünlük
versələr daha yaxşıdır. Rəngli noxud naxışı, zolaq, dama, çiçək
ornamenti ilə olan parlaq və rəngli parçalardan istifadə etmələri
məsləhətdir.

Gəncliyinizi vurğulayan kiçik ölçülü bantlardan, taxma cibləri olan geyim dəstlərindən istifadə edin.

Aksessuarlara xüsusi diqqət yetirin. Zərif formada olan orta ölçülü
qayışla bəzədilmiş çantalardan istifadə etməyiniz məsləhətdir. Çantalar
açıq rəngdə və ya əksinə daha parlaq rənglərdə də ola bilər.

Ayaqqabılarda və qayışlarda da həmçinin kiçik bantlardan və parlaq rənglərdən istifadə edə bilərsiz.

Sırğalar, boyunbağı kimi aksessuarlara da diqqət etsəniz yaxşı olar.
Çalışın seçdiyiniz aksessuar maraqlı və parlaq rənglərdə olsun. Siz
həmçinin rəngli boyun örpəklərindən də istifadə edə bilərsiniz.

Dəbli broşlar bədən quruluşunun mübahisəsiz üstünlüklərini vurğulayıb sinə sahəsinə diqqəti cəlb edəcəklər.

Dolu xanımlara tam tikili, kəsiksiz donlar tövsiyə edilir.

Sinələri "V” formada olan və ya vertikal kəsiklərlə işlənilmiş libaslar tövsiyə olunur. Bu zaman boyunuz vizual olaraq uzanacaq.

Paltarların qolu köklüyünüzü gizlətmək üçün uzun və ya birazca
qısaldılmış olmalıdır. Həmçinin uzun və şəffaf qollu libaslardan da
istifadə edə bilərsiniz.

Tünd geyimin üstündən geyinilmiş jaketlər, pencəklər və açıq tonlarda olan jiletlər gözəl və dəbli görünəcək.

Bəli qısa olan düz şalvarlar da kök xanımların geyimi üçün ideal variant hesab olunur.

 
Əziz xanımlar, çalışın geyim seçərkən qısa və ya "fənər” qollu
geyimlərdən, qabarıq yaxalıqlardan istifadə etməyəsiniz, əks halda belə
geyimlər boyununuzu qısaldacaq, qollarınızın köklüyünü üzə çıxardacaq və
xoşagəlməz obraz yaradacaq.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!