Üz formasına uyğun bijüteriya seçimi

Üz formasına uyğun bijüteriya seçimi
Qadın dünyası
10.09.2017 31
Yumru üz
Əsla dairə şəklində bir sırğa seçməyin. İçində toplar olan dizaynlar ya da iç içə keçmiş yumrular da sizin üçün uyğun olmayacaq. Sizə ən uyğun dizayn damla ya da maryıq seqmentlərdir. İncə və uzun dizaynlar da yenə üz şəklini nizamlayır Boyunbağı üçün isə uzun dizaynlar uyğun olacaq. Xüsusilə boyundan sinə qisiminə doğru tək bir sallantısı olan boyunbağı dizaynları yumru üz quruluşuna çox yaraşar.



Kvadrat üz
 Bu görünüşü yumşaldaraq daha feminen hala gətirmək üçün çiçəkli, iç içə keçmiş dairə şəklində və bol sallantılı sırğalar istifadə etmək uyğun olacaq.



Üçbucaq və ya ürək şəklində üz
Çənə uzun olduğundan bu görünüşü yumşaltmaq lazımdır. Damla seqment hər dizayn sırğa seçimi üçün doğrudur. Boyun üçün isə mütləq qalın və boyuna yapışan sallantısı olmayan boyunbağılar seçmək lazımdır.



Oval üz
Çox şanslısınız deməkdir çünki sizə hər növ sırğa və boyunbağı yaraşar. Ürək seqment daşlı sırğalar, çiçək şəklində dizaynlar, yumru şəkilli sırğalar sizin üçün ideal olacaq. Boyunbağı seçkisində isə çox uzun olmayan, kiçik sallantılı dizaynları istifadə etməniz doğru seçimdir.
 

/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!