Qısqanclıq bizi öldürəcək :((

Qısqanclıq bizi öldürəcək :((
Qadın dünyası
10.09.2017 19
- Kim idi o qız???- Hansı qız, həyatım? - Yanımızdan keçəndə başını ikiqat əyib salam verən. - Doğrudan? Mən görmədim.. - Baxma, öldürəcəm! - Eee maraqlandırırsan sən də adamı... - Maraqlandın deməli... Necədir? Dəyişib heç olmasa? - Kim? - Kim olacaq? Köhnə sevgilin! - Bəsdi də! - Hə... Bəsdi də! Sözün yoxdur deməyə, hə? - Bax Allah yaratdı deməyəcəm indi. - Bir də döy! Afərin... Qıza baxe, salam verməsi bəs elədi bizi ayırmaq üçün.. Bəs unutmuşdun onu? - Kimi? - Kimi olacaq? - Köhnə sevgilini! - Nə əlaqəsi var? Həm də mənim köhnə sevgilim o qızdan daha gözəl idi. - Eləəəəə??? Rədd ol! - Səndən də gözəl idi... Ohhhhh!!! Nə oldu, susdun... - Ühühühühü... - Zırılda indi!***
- Diqqət et, gözlərin çəp olacaq yoxsa.. - Niyə? Nə oldu yenə? - Bilmirəm, sanki gözlərin yana doğru çəkilməyə başladı. - Sən indi bu xanıma baxdığımı nəzərdə tutursan? - Bəzən nə qədər anlayışlı olursan... - Yox, həyatım, təkcə paltarı diqqətimi çəkdi, ona görə şey... - Mənim də bu başında yolunmamış iki tel saçın çox diqqətimi çəkir!
- Necəsən, canım, bu gün? - Superəm, həyatım, sən necəsən? - Hmm.. Necə super? Niyə ki? Nə səbəb var ki?! - Necə niyə? Müəyyən bir səbəb yoxdur, elə-belə.. Yaxşı hiss edirəm özümü. - Hmm.. (100% başqa birinə aşiq olub bu) Adı nədir? Mən tanıyıram, heç olmasa? - ??***
*Telefon zəng çalır:- Həyatım? - Eşqimm, gülümmm.... - Hardasan? - Dostlarımla oturmuşuq. - Hansı dostlarınla? Mən burda tək səninçün darıxarkən sən dostlarınla əylən!Bax, dinləmirsən belə məni! Onsuz da bu gün heç mesaj da yazmamısan mənə. - (kəsik kəsik, yüngül kəkələyər vəziyyətdə) Aaa sevgilim? - Sus, sus! - ... - Ordakı qızların feysi var? Tez de!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!