'Bu gün nə geyinsəm' dərdinə son verin

'Bu gün nə geyinsəm' dərdinə son verin
Qadın dünyası
10.09.2017 37
Stil Məsləhətçisi Melike Çarpatan izah edir.

Niyə geyim şkafımız dolub daşarkən, hələ də geyinəcək heç bir şeyimiz yoxdur?

Dünyadakı bütün qadınların ortaq problemi budur. Qorxmayın, heç birimiz tək deyilik..

Hər səhər eyni ssenari, dolu olan şkafımızı açarıq və geyinəcək heç bir
şeyimiz yoxdur deyər, şkafı geri bağlayar üstünə birdə əsəbiləşərik.
Tanış gəlir elə deyilmi?



Niyə yoxdur bilirsiniz?


O qədər dolu olan şkaflarımızda paltar tapa bilmirik ona görə. Nəyimiz
var, nəyimiz yox xatırlamırıq. Hətta o qədər çox paltarın içində hər
şeyi görə bilmədiyimiz üçün daha əvvəl adığımız bir paltarın bənzərini
də ala bilirik.

Bu qədər çox paltar ilə şkafımızı mütəşəkkil edə bilmirik. Əslinə
baxsanız o şkafdakı paltarların yarısını geyinmirik. Ya modasının
keçdiyini düşünürük, ya da kökəlirik və paltar əyinimizə olmur. Amma biz
hələ də, paltarları saxlayırıq.

Bu qədər çox paltar eyni yerdə mühafizə edilərkən,sıx-sıx yerləşdirilən
bu paltarlar, köhnəlmiş hissi verir. Beləcə bunları geyinmək üçün
həvəsimiz olmur.

Buna görə geyinəcək paltarımız olmur.



Nə etməliyik? Hər səhər günümüzü mənfi təsir edən bu problemdən necə xilas ola bilərik?

Mağazalarda məhsulları müəyyən bir nizam içərisində görərik. Məhsullar,
rənglərə görə, tərzlərə görə ayrılmışdır və məhsulların hamısını
rahatlıqla görə bilərik. Amma evdəki şkafımızın içini də mağaza nizamına
çevirə bilərik.

Əvvəlcə etməmiz lazım olan təcili bir gardirob detoksudur. Bunun üçün
yarım gününüzü ayırmanız şərtdir. Bütün paltarlarınızı təcrübədən
keçirin, üzərinizə böyük gələn ya da üzərinizə dar gələn bütün
paltarları bir kənara ayırın. Əgər qıya bilmədiyiniz bədəninizə
olduğunda geyinmək istədiyiniz geyimlər varsa bunları garderobunuz da
deyil, başqa bir yerdə saxlayın. Çünki sizə olmayan bu geyimlər
garderobunuzda çoxluq təşkil edir. Unutmayın ki, əgər bir paltarı bir
ildir geyinmirsinizsə onu bir daha geyinməzsiniz. Dərhal başqasına
verin.



Modası geçən, geyinməkdən xoşlanmadığınız geyimləri də şkafınızdan
təmizləyin. Sevdiyiniz və tam bədəninizdə olan paltarlar ilə baş-başa
qalın.

Bu mərhələdən sonra, garderobunuzu təşkil etmək və ehtiyaclarınızı təyin
etmək üçün isə yalnız bir neçə saata daha ehtiyacınız var.

Şkaf nizamınızın necə olmasını istəyirsiniz, rənglərə görə ayrım,
tərzlərə görə ayrım, kombinlərə görə ayrım, həyatın həyat sahələrinə
görə ayrım, necə istəsəniz təşkil edin artıq. Hətta bütün paltarlarınızı
nəzərdən keçirdiyiniz üçün eyni anda fərqli kombinlər yaratmaq sizə
zaman qazandırar.

Ayırdığınız və saxlamaq istəmədiyiniz paltarlar üçün kiçik bir təklif;
ya ehtiyacı olan birinə verin ya da kiçik bir oyun oynayın, bunları
evininiyin salonuna asqılar ilə asın, üzərlərinə kiçik simvolik qiymət
etiketləri yerləşdirin. Rəfiqələrinizi evinizin salonundakı mağazaya
çağırın. Bütün rəfiqələriniz bunu sırayla etsin. Qazandığınız pul ilə
rəfiqələrinizə qonaqlıq verə bilərsiniz ?

Unutmayın: Az və öz olan qarderob idealdır.
 
/Mənbə.Qadınlar.Biz/
 

 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!