Qız...

Qız...
Qadın dünyası
10.09.2017 14
Qız: - Men seninle azad deyilem,amma esil mehebbet azad olmalıdır. Oğlan derinden nefes alaraq dedi: - O ipi mene ver. İpi götürür, bir ucunu öz ayağına, diger ucunu qızın ayağına bağlayır-gel kiçik bir oyun oynayaq! - Oynayaq! - Bax bu kiçik ip bizim sevgimizdir, tesevvür ele ki, men sene azadlıq verirem, get. Qız 1-2 metr gedir, ip qurtarır. - Men gede bilmirem, senin sevgin mene mane olur. - Bizim sevgimiz!-oğlan sakitce dedi-sen bir de cehd ele. Qız ayağını çekdikce ip ayağını kesir. - Meni incidir, ağrıdır axı. Oğlan pambıq götürür,qızın ayağına evvel pambığı dolayır, sonra yeniden iple sarıyır. - İndi get. Qız indi daha möhkem çekir ipi, oğlanın sifeti ağrıdan qırışır. - İndi meni incitmir, amma yene senden uzaqlaşa bilmirem, ip mane olur. - Onda qalx axşam yemeyi hazırla. Qız yemek hazırlamağa başlayır, ip ona serbest hereket etmeye imkan vermir. - Yene mene mane olur. - Onda gel birlikde hazırlayaq! -yaxınlaşır, qızın üzünden öpür, -birlikde. Onlar birlikde yemek hazırlayır, stolun etrafında oturanda oğlan soruşur: - Sen unutmamısan? Biz hele de bir-birimize bağlıyıq. - Oy, tamam unutmuşam. Oğlan ipi açır ve soruşur: - Sen nese başa düşdün? - Neyi başa düşmeliydim ki? - Sen menim canımsan!-oğlan derinden nefes alır. Yalnız gecenin sakitliyinde oğlan öz-özüne danışırmış kimi deyir: - Sen başa düşmeliydin ki, hem çetin gününde, hem de xoş gününde meni terk etmek istesen hiss edeceksen ki nese sene mane olur. Sene sevgimiz mane olacaq. Amma ne qeder ki birlikdeyik sen bu maneeni hiss etmeyeceksen. - Bes niye sen bizim ayaqlarımızı bağladın? - Çünki real heyatda bizim üreklerimiz bir-birine bağlıdır. - Bes niye menim ayağıma pambıq bağladın, öz ayağına yox? - Pambıqsız sen ağrını hiss edirdin. Pambıq senin kobudlaşmış duyğularındı. Amma bu o demek deyil ki, eger sen ağrı hiss etmirsense mene de ağrılı deyil. Sen unutmamısan ki bizim ayağımız yox, üreklerimiz bağlıdır? Qız susdu, fikre getdi. Oğlan ise hele üreyinde davam eleyecek ki, bunun çox asan çıxış yolu var-qayçı ve ya bıçaq. Amma o bunu heç vaxt qıza demeyecek, çünki onu itirmek istemir,çünki ona göre bütün ağrı-acılara dözmeye hazırdır,çünki onun hemişe yanında olmağını arzulayır. ÇÜNKİ ONU SEVİR. Sevmek Seni Sevirem Demek Deyildir!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!