Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir?

Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir?
Qadın dünyası
10.09.2017 13
Həyat yoldaşın xəyanət edirsə...Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz
əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu
bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. "İşlərim çoxdur”,
"Yorğunam, özümü yaxşı hiss etmirəm”, "Evdə oturanda ürəyim sıxılır”,
"İclasda idim”, "Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir
sözlə hər şeyə vaxt tapır, səndən başqa.
Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə.. 
Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən
sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda
təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən
də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu
sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə
başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər
şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun
çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan.
Düşünürsən ki, "yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən.
Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq
istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan
vermə!
Çıxış yolu yaxındadır
Adətən filmlərdə həyat yoldaşının xəyanətindən xəbər tutub dalaşır, çox
vaxt da boşanırlar. Amma sən bunu edə bilməzsən. Ona görə ki,
Azərbaycanda ailə müqəddəs sayılır. Və onu dağıdanlar səbəbindən asılı
olmadan daim qınanılır. Ailəni qorumaq və münasibətlərinizi davam
etdirmək istəyirsənsə sənə qarşı xəyanət etdiyini demə. Ona görə ki,
sənin onun xəyanətinə göz yummağın, ayrılmamağın, səni hörmətdən
salacaq. Əgər o, əvvəl həyatında başqa bir qadının olduğunu
gizlədirdisə, artıq buna ehtiyac olmadığını anlayacaq. Əvvəllər həftədə
iki dəfə gec gəlib dostları ilə görüşdüyünü, iclasda olduğunu bəhanə
gətirirdisə indi hər gün gec gələcək. Heç bir bəhanə də uyduraraq özünü
yormayacaq. Axı, sən hər şeyi bilirsən. Buna baxmayaraq heç nə etmədin.
Dalaşdın, qışqırdın, ağladın, bir-neçə gün onunla danışmadın. Sonra isə
əvvəlki kimi yaşamaq məcburiyyətində qaldın.
Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de
Yaxşı olar ki, bütün gücünü toplayıb susasan. Heç nəyi bilməyən kimi
davran. Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de. Qoy səni
aldatdığı üçün özünü günahkar hiss etsin.
Ünsiyyət problemi
Çox vaxt qadınlar ailə həyatı qurduqdan sonra məişət problemləri barədə
danışır və şikayətlənirlər. Kişilər isə belə söhbətləri dinləməyi
xoşlamırlar. Yaxşı olar ki, məişət problemlərinin həllinə bir saat
ayırıb qalan vaxtınızı münasibətinizə və sevgi barədə olan söhbətlərə
həsr edəsiniz.
Həyat yoldaşının ailə üzvləri barədə dediyiniz mənfi fikirlər də
münasibətlərin soyumasına səbəb ola bilər. Çalışın ki, onun ailə üzvləri
ilə yaranan problemləri özünüz həll edib, yalnız ehtiyac yarandıqda
həyat yoldaşınızla bölüşəsiz.
Münasibətiniz əvvəlki kimi deyil?
Əksər qadınlar ailə həyatı qurduqdan, uşaqlıqdan bəri arzuladığı
arzusuna çatdıqdan sonra arxayınlaşır. Başı ailə qayğılarına, məişət
problemlərinə qarışır. Özünə fikir vermir, düşünür ki, həyat yoldaşı onu
olduğu kimi sevir. Bəli, həyat yoldaşınız sizi olduğunuz kimi sevir.
Ancaq evdə pırtlaşıq saçlarla, yemək iyi hopmuş paltarda, ləkəli
xələtdə, hər gün idman üslublu geyimdə sevgilini görmək insana çox pis
təsir edir. Ən azından sizi səliqəli və baxımlı görmək həyat
yoldaşınızın haqqıdır. Onun üçün tanışlığınızın və ya evliliyinizin ilk
illərində olduğu kimi bəzənin. Yorulmağınız və vaxtınızın olmaması sizə
bəraət qazandırmır. İstəsəniz bunu edə bilərsiz. Bəzənməyiniz və baxımlı
görünməyinizlə yanaşı idmanla məşğul olmaq da həm xarici görünüşünüzə,
həm də sağlamlığınıza müsbət təsir göstərəcək.
Xəyalların sahibəsi
O, səninlə vaxt keçirməkdən qaçır? Münasibətiniz həyacanını itirib?
Narahat olmayın, evli cütlüklərin əksəriyyəti gec və ya tez bu mərhələni
yaşayır. Əsas odur ki, bunu anlayıb dəyişməyə cəhd edəsiz. Ümid edirəm,
hər şey alınacaq. Həyat yoldaşınıza darıxdığınızı və birgə harasa
getmək istədiyinizi təklif edin. Kinoya, teatra, restorana və ya təbiət
qoynunda dincəlməyə gedin. Şənlənib mənfi emossiyalardan uzaq olmağa
çalışın. Birgə vaxtlarınızı bayram kimi qeyd edib onun xəyallarının
sahibəsinə çevrilin.
Aynurə Məmmədovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!