Qoltuq altı üçün ağardıcı maska

Qoltuq altı üçün ağardıcı maska
Qadın dünyası
10.09.2017 63
Qoltuq altının qaralmasının  ən böyük səbəblərindən biri dəridə ölü hüceyrələrin yığılmasıdır. Qoltuq altını ağardan resepti təqdim edirik.



Reseptdə yer alan şəkər dəriyə piling təsiri göstərərək ölü hüceyrələri dəridən çıxarır. Limon antibakterial, antiseptik və dəri rəngi açıcı olaraq hər kəsə məlumdur. Bu xüsusiyyətləri sayəsində qoltuq altını da ağartmağa kömək edir. Maskada istifadə olunan kartof isə qısa zaman ərzində ağ qoltuq altına sahib olmağınızda mühüm rol oynayır.



İnqrediyentlər:

Kartof

Limon

Qovrulmuş şəkər



Hazırlanma qaydası:

2 xörək qaşığı qabığı ilə birlikdə sürtgəcdən keçirilmiş kartof

2 xörək qaşığı limon suyu

Odda qovrulub soyudulmuş 1 xörək qaşığı şəkər.

Bunlar üçü də bir yerdə qarışdırılır.



İstifadə qaydası:

Bu maskanı qoltuq altının qaralan hissələrinə sürtün. 20 dəqiqə saxlayıb yuyun.  Yaxşı nəticə üçün maskanı 15 gündən bir etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!