Qadın modasında kişi hegemonluğu

Qadın modasında kişi hegemonluğu
Qadın dünyası
10.09.2017 29
Qadın modasının ən məşhur modelyerlərin tarix boyunca həmişə kişilərin olması yeni bir mübahisəni başladıb. 1950, 60 və 70-ci illərdə Christian Dior, Yves Saint Laurent və Gianni Versace podyumların hegemonları idilər. 1990 və 2000-ci illərdə onları Dolce&Gabanna, Alexander McQuenn, Tom Ford əvəz etmişdir. Bunun səbəbi isə modanın qədim tarixinə əsaslanır. Tekstil sənayesinin inkişaf etdiyi illərdə dizayn və texniki işlərlə kişilər, sadə əl baçarığı tələb edən tikmə, boyama işləri ilə isə qadınlar məşğul olmuşlar. AmerIkalı modelyer Tom Forda görə başqa bir səbəb də, xarici görünüş barədə qadınların kişilərə daha çox güvənməsidir. O qeyd edir ki, kişilər obyektivdir. İngiltərədə yayımlanan "Clothes Show" proqramının aparıcısı və modelyer Jeff Banks da Fordun sözlərini təsdiqləyir və deyir ki "Bir qadının başqa bir qadından nece göründüyünü soruşduqda aldığı cavab həmişə eynidir: Mükəmməlsən! Ona görə də başqa qadınların cavablarından şübhə duyurlar." İngiltərədəki De Montford Universiteti Moda və dizayn bölməsinin rəhbəri Julie Kingə görə də qadınıar karyeralarına evlənmək, uşaq dünyaya gətirmək üçün fasilə verirlər. Moda isə fasiləni sevmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!