Sən kişisən... (Azərbaycan kişilərinə oxumaq qadağandır!)

Sən kişisən... (Azərbaycan kişilərinə oxumaq qadağandır!)
Qadın dünyası
10.09.2017 36
 
Sən arvada əziyyət vermirsən ki?!Sən evə gəlirsən,Uzanırsan divandaŞellənirsən o yan, bu yanda.Arvad isə mətbəxdəEşələnir qabyuyanda.Sən arvada işləməyi qadağan etmirsən ki?!Arvad da

işə gedir, sən də.O işdən gələn kimi yemək bişirirSənin qarnını şişirir.Sonra süfrəni təmizləyirSənin qabağından qalanları yeyir.Gecə yorğun-arğın altına uzanır.Sənin ehtirasın yanırO isə fikrə dalır,Yatmaq istəyirÇünki səhər 8 saatlıq iş günün ardıncaEv köləliyini yadına salınca.intimdən də ləzzət alammırSənin vəhşiliyini qanmır.Sən işləyirsən 8 saatSonra gəl ye, iç, intim və yat.Arvad isə 8 saat vəzifədədir,İctimai nəqliyyatda düşüklərin atmacaları iləDidişmədədir.Gecələr kobud bədəninin altındadır.Yatanda da yanındadır.Ya da biş-düşdədirYəni 24 saat işdədir.Sən qız uşağına nifrət etmirsən ki?!Qızı ilk elçilikdən ərə verirsən,"Qız yükü – duz yükü" deyirsən.Oğlan olana qədər arvadı doğuzdurursan,Bununla da doymursan.Evi də sənədləşdirirsən oğlanın adına,Maşını da oğlana alırsan,Heç salmırsan qızı yadına.Qızını əri döyəndəAilədaxili işi olur,Oğlun isə arvadını döyəndəSənin gözündə kişi olur.Sən arvadını məcburi çadralamırsan ki?!Sən ona imkan vermirsən dizdən gödək geyməyə,Sinəsi açıq koftaya,Bəzəkli kalqotkaya,Qarışırsan geyim kimi intim şeyə.O isə sənə deyə bilmir,Bu nə düşüklük, bayağılıqdır.Daim ağ-qara, sanki qağayılıqdır.Onun da öz zövqü var, istəyir əriElə geyinsin ki, məclislərdəBilinsin yeri.Olmasın qarakurtkalıOlsun zövqlü müasir insan.Salmasın arvadının başına şalı.Sən arvadını döymürsən ki?!Hərdən üstünə qışqırırsan,Sözünü eşitməsə, göz ağardırsan.Camaat içində bağırırsan.Hərdən dümsük vurursan.Əsəbini budilnik kimi qurursan.Evə çatanda zəhərini tökürsənOnsuz da yorğun qadının üstünəGuya onun deyib-gülməsi,Bir az insan kimi olması,Rəfiqə tapması, söhbət etməsi,Nə bilim, ah çəkməsi, nəfəs almasıDəyib sənin "çest"inə.Sən qadın hüquqlarını pozmursan ki?!Mentalitet deyəni edirsən,Ata-babanın yolu ilə gedirsən.O ataların ki, bacı öldürməklə, ana bıçaqlamaqlaNamus təmizləyirdilər.O babalar ki, daim kölə kimi yaşamaqla,Rəsilərə yaltaqlanmaqla,Arvadı evdə yeyirdilər.Şillələri, təpikləriƏsəbinin bədəli kimiArvad uşağa yağdırırdılar.Əslində isə rüşvət içində boğulubÖzlərini hökumətə sağdırırdılar.Yox, yox. Sən belə deyilsən.Biz axı müasirik.Arvada o qədər hüquq vermişik ki,Əlində əsir-yesirik.Sən arvada əziyyət vermirsən ki?!Sən istirahətdə, o əziyyətdə,Ama haqqını yemirsən ki.Hərdən haqqı çatan söyüşləri, təhqirləri göndərirsən,Sora da yenə əmr edirsən.Sən arvada işləməyi qadağan etmirsən ki?!O da işləyir, sən də, bərabərsiniz.Ama evdə nədənsə bərabərlik yada düşmür,Kişisiniz, ərsiniz.Sən qız uşağına nifrət etmirsən ki?!Oğlanları sadəcə sevirsən,Qızı başından edirsən.Qızı namusun sayırsan,Oğlana pul verib fahişə yanınaYola salırsan.
Sən arvadını məcburi çadralamırsan ki?!Geyimdir də - namus-qeyrət qoruyursan.Vəhabilərə baxıb şükr edirsən, doyursan.Sən arvadını döymürsən ki?!Təhqir edirsən, söyürsənHəyatını zəhərləyibMənən öldürürsən.
Sən qadın hüquqlarını pozmursan ki?!Səncə hamı bərabərdir,Amma kişilər kişidir.Arvadı buyurmaq onun işidir.Yox əşi. Sən vəhşi deyilsən, sən müasirsən.Sadəcə xəbərin yoxdur,Çöldə dovşan, evdə şirsən.Beşinə baxıb şükür edirsən əyalınaAmma təsəvvür də etmirsən ki,Sənin ibtidailiyinə baxıbBeş mini də şükr edir öz halına.Müasirsən,Bəlkə də gəncsən,Əzələn çoxdur, ərkəksən,Evdə arvadla təkbətəksən.Vəzifənin qabağında boğazsan, dişisən,Belə davam elə, sən kişisən.
 
P.S. Her bir  kisi  sevdiyi qadinina  onun sevgisine gore onun ozune gore  onun qadinligina gore hormet elemelidir, onu ezizlemeli ve haqqini tanimalidir. Sirf sevdiyidir deye  kolesi qulu kimi davranmamalidir, unutmayaq ki, qadin  zerif bir  chichekdir, onu ele qoxulamaq lazimdir ki kusub solmasin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!