Qadını özünə cəlb etməyin 9 yolu

Qadını özünə cəlb etməyin 9 yolu
Qadın dünyası
10.09.2017 48
Qadınlar həqiqətən nə istəyir? Onlar sizi necə görür və ya necə görmək istəyir?Onları özünüzə necə cəlb edə bilərsiniz?İlk olaraq diqqət yetirməniz lazım olan şey nəfəsinizin təravətli olması, istifadə etdiyiniz ətrin çox gözəl iy verməsidir...1-ci addımHəyatını, ehtiraslarını izah etməsini və özündən bəhs etməsini xahiş edin. İzah edərkən onu böyük maraqla dinləməyə çalışın. Hər bir qadın həmişə özüylə əlaqədar izah etdiklərini dinləyən başqa bir qadın istəyir. Sonralar izah edəcəyiniz həyəcanlı hekayələrinizlə onu özünüzə bağlamağa çalışın.2-ci addımDüzgün və səliqəli geyinin. "Yalnız qadınlar yaxşı geyinməlidir" söz-söhbətinə qətiyyən fikir verməyin. Qadınlar aksesuarı sevərlər və kişilər də onlar üçün bir aksesuardır.Təmiz, gözəl ətir iyi verən, yaxşı geyinmiş bir kişilə birlikdə olmaq onlar üçün həqiqi bir mükafatdır.3-cü addımQadının gözlərinə baxın. Tez-tez gözlərinə baxın və dostyana gülümsəyin. Şəhvətli baxışlarınızdan əl çəkin!4-cü addımCentlmen olun. Qapıları onun üçün açan, oturmazdan əvvəl ona yer verən hər bir kişini bütün qadınlar sevərlər.5-ci addımRəqs etməyi öyrənin. Qadınları daha çox cəlb edən məsələlərdən biri də məhz budur.6-cı addımQadının xasiyyətindən asılı olaraq onun bəyəndiyi yumora sahib olun. Zarafatlarınızdan yerindəcə istifadə edin.7-ci addımTez-tez ona komplimentlər söyləyin. Onun saatını, ayaqqabısını və ya diqqətinizi çəkən hər hansı bir əşyasının fərqinə vardığınızı göstərən xoş sözlər söyləməkdən çəkinməyin. Qadınlar evdən çıxmazdan əvvəl paltarlarını ən azı 6 dəfə dəyişdirərlər. Bu "əziyyət" siz kişilərin bəyənməsindən ötrü edilir. Ona geydiklərini bəyəndiyinizi söyləyin.8-ci addımKişilərin bir qadını özünə cəlb etməsi elə də çətin deyil. Əgər ona söylədiyiniz kimi həqiqətən ondan xoşunuz gəlirsə bundan artıq böyük bir şey etmənizə ehtiyac yoxdur. Yalnız hər zaman onu düşündüyünüzü hiss etməsinə şərait yaradın.9-cu addımHər zaman geydiyiniz ayaqqabının səliqəsinə və təmizliyinə diqqət yetirin. Çünki xanımlar ilk gördükləri kişinin məhz ayaqqabısına diqqət yetirirlər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!