Doğum tarixiniz hesablayaraq necə bir aşiq olduğunuzu öyrənin

Doğum tarixiniz hesablayaraq necə bir aşiq olduğunuzu öyrənin
Qadın dünyası
10.09.2017 32
Ad gününüzün, eşq həyatınız üzərində inanılmaz və ovsunlayıcı təsirləri var.
Bu təsiri öyrənmək üçün etməyiniz olan şəxsi nömrənizi hesablamaqdır. Yaxşı bəs necə?
Numerologiya
"Eşq və əlaqə rəhbəriniz" adlı kitabın yazıçısı Sonia Ducie'ye görə; numerologiya, digər insanlarla olan fiziki, romantik, məntiqi və ruhi əlaqələrinizi anlamanızı təmin edir.
Şəxsi nömrənizi tapmaq üçün etməniz lazım olan əməliyyat çox sadədir:
Bunun üçün yalnız ad gününüz lazımdır. Məsələn ayın 4-ündə doğulmusunuzsa, şəxsi nömrəniz "4"-dür deməkdir. Əgər cüt rəqəmli bir gündə, məsələn 15ində doğulmusunuzsa, nömrəniz "6" (1 + 5 = 6),
Ayın 29 'unda doğuldunuzsa, fərdi nömrəniz "2" (2 + 9 = 11, 1 + 1 = 2) olur.
İndi nömrənizi təsbit etdinizsə nəticələrə baxa bilərik ...
Xudbin birlər
Doğuşdan liderlik xüsusiyyətiniz və idarəni əlinizdə saxlama istəyiniz, həyatınızın digər sahələrində olduğu kimi eşq həyatınızda da özünü göstərir. Çətin insansınız çünki "Həmişə mən, həmişə mən!" deyirsiniz. Bu eqoist quruluşunuz, insanların sevgililərini oğurlamağa qədər gedib çıxa bilir.
Romantika ikilər
Romantizm, sizin üçün ən başda gəlir. Sevildiyinizi hiss etməyə ehtiyacınız var. Siz də qarşılığında sevgi verirsiniz. Sevgilinizin əlini tutmaqdan xoşlanırsınız; çünki bu sizin ruhunuzun digər yarısıyla əlaqə qurmanızı təmin edir.
Eşqbaz üçlər
Eşqbazlıq tam sizin üçündür. Amma bu çox vaxt başınızın bəlaya girməsinə gətirib çıxarır. Ətrafınızı qucaqlamasını istədiyiniz yaraşıqlı kişilərdən, əsassız dedi-qodulara qədər bir çox mövzu sizi məşğul edir
 
Ehtiraslı dördlər
Çox romantik və ehtiraslı bir insansınız. Həm özünüzün həm də partnerinizin ehtiyaclarını qarşılamaq və təmin etmək üçün əlinizdən gələni edirsiniz. Inam sizin üçün çox əhəmiyyətlidir. Daha təbii və rahat davranaraq əlaqənizə həyəcan qata bilərsiniz.
Dəyişkən beşlər
Külək kimi dəyişənsiniz və sizin bu quruluşunuza ayaq uydura biləcək bir sevgiliyə ehtiyacınız var. Həyatınızdakı hər adam sizin üçün ayrı bir macəradır. Eşq mövzusunda çox səbrsizsiniz və önünüzə gələn hər kəslə birlikdə olma meyliniz var.
 
Şəfqətli altılar
Yaşıdlarınızın arasında çox qabiliyyətlisiniz və birinə aşiq olduğunuzda şəfqətli və comərdsiniz. Məntiqinizlə deyil, ürəyinizlə hərəkət edirsiniz. Həyatınızda heç olmazsa bir dəfə, qırdığınız bir ürəyi təmir etməyə çalışın.
Xəyalpərəst yeddilər
Sevdiyinizi qısqanır, onun özünü mükəmməl hiss etməsini təmin edirsiniz. Xəyal qurmağı sevən bir insansınız. Gerçəklər sizi məcbur edir. Buna görə uzaqdan sevəcəyiniz bir kişini seçirsiniz. Eyni ağılda bir sevgili tapmaq buna görə bir az çətin olur sizin üçün.
 
Oyunçu səkkizlər
Ətrafınızı ovsunlayırsınız. Sevdiyiniz sizinlə birlikdə olmaqdan böyük xoşbəxtlik duyur və özünü bu mövzuda şanslı hesab edir. Eşqdə idarəni əlinizdə tutur, oyunlar oynamaqdan xoşlanırsınız. Qürurlu və eqoist ola bilirsiniz. Buna görə təsir etmə gücünüzü və zəkanızı istifadə edin.
Səxavətli doqquzlar
Çox əliaçıq bir insansınız. Mükafatınızsa, yanınızdakını xoşbəxt görməkdir. Yumşaq və oyunlar oynamaqdan xoşlanan bir insandan dəli və vəhşi bir varlığa çevrilə bilirsiniz. Çox tez əsəbiləşirsiniz, yaxşı ki bu əsəbiniz qısa müddətdə sakitləşirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!