Kişiləri daha yaxşı tanımaq üçün - TEST

Kişiləri daha yaxşı tanımaq üçün - TEST
Qadın dünyası
10.09.2017 35
Siz sevgilinizi, yoldaşınızı ətrafınızdakı kişiləri nə qədər tanıyırsınız? Ya da tanışınıza əminsinizmi? Əgər şübhələriniz varsa, kişiləri tanımaq üçün bir test...
Bu testi həll edərək kişiləri nə qədər tanıdığınızı, anladığınızı öyrənə bilərsiniz.
1 - Evə gəlirsiniz və yoldaşınız gurultulu bir musiqi sədaları altında rəqs edir. Bu davranışına necə reaksiya verərsiniz?
a-"Yəqin qurdlarını tökməyə çalışır" - deyərəm.
b - "İş yerində bir müvəffəqiyyət əldə etmiş, onu qeyd edir" - deyərəm.
c - "Köhnə bir CD tapıb və gəncliyini xatırlayır" - deyərəm.
2 - Bir kişi çox başının ağrıdığından şikayətlənirsə…
a - Bir az diqqət və qayğı istəyir.
b - Özünü ciddi mənada yaxşı hiss etmir.
c - Bir az rahat qalmaq istəyir.
3 - Sizcə ilk görüşdə bir qadını bir kişi üçün cazibədar göstərən nədir?
a - Bir yandan heyranlıq, digər tərəfdən əlçatmaz görünməsi.
b - Dostcanlı və kompleksi olmayan şəxsiyyətə sahib bir qadın olması.
c - Qorunmağa möhtac olması.
4 - Sevgilinizin tutdugu futbol komandası oyunu uduzdu və hakimin arxasınca deyinir.
a - Uduzmağı qəbul etməyi öyrənməsini söyləyərəm.
b - Onu sakitləşdirmək üçün özümü ona qoşulmuş kimi göstərərəm.
c - "Heç nəyə baxmayaraq mənim üçün ən böyük sənsən" - deyərəm.
5 - Yoldaşınızın köynəyini ütüləyərkən bir anda yoldaşınız gəlir və etdiyiniz işi tərifləyir.
a - Vicdan əzabı hiss etdiyi üçün bunu təriflə örtməyə çalışır deyə düşünərəm.
b - Bundan sonra köynəklərini ütüləməyimi sığortalamaq istəyir.
c- Etdiyim işin qiymətini bildiyini göstərmək istəyir.
6 - Dava əsnasında siz qışqırmağa başlayırsınız. O isə özünüzü itirməməyiniz mövzusunda sizi xəbərdar edir. Bu davranışıyla….
a - Mənim duyğularımı heç anlamadığını bir dəfə daha göstərmiş olur.
b - Məni daha çox təhrik etməyə çalışır.
c - Bu məsələni sakit bir şəkildə həll etməyə çalışdığını göstərir.
6-9 Bal Arası:
Kişilərin sizin kimi düşünmədiyini artıq qəbul edin. Onların sizin kimi düşündüyünü zənn etdiyiniz üçün heç cür anlaya bilmirsiniz. Kişiləri bir az başa düşün.
10-14 Bal Arası:
Hər vaxt kişilərin nə düşündüklərini anlamasanız da, dillərini elə zamanlarda anlayırsınız ki, bir anda heyranlıqlarını qazanırsınız. Bu halınızla onların gözündə böyüyürsünüz.
15-18 Bal Arası:
Kişilərin dilini anlayan azlığın içinə daxilsiniz. "Qadın-kişi beyni bir-birindən fərqli işləyir" kimi mövzulara ilişmək yerinə zarafat anlayışınızla kişilərlə yaxşı zaman keçirməyin yollarını tapa bilirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!