Yaşlara uyğun qaşlar

Yaşlara uyğun qaşlar
Qadın dünyası
10.09.2017 64
[/center]
[center]

Qalın və təbii qaşlar geri gəlir. Yaxşıca incəlmiş, yox edilmiş, "botoks"la havalanmış qaşlara son deyək.

Budur qaşlarınızı təkrar nizama salmaq və təbii halına çevirmək üçün bütün sirlər və yaşlara görə qaşlar!

Qaşlarımız baxışlarımıza məna verir və gözəlliyinin tam ortaya çıxmasına kömək edir. Və son günlərdə mankenlərə baxdığınızda dərhal anlaya biləcəyiniz kimi təbii və qalın qaşlar geri dönür. 20 yaşı olanlarSadəliyi seçin...Qaşlarınız burun dəliyinizin dərhal yanından başlasın və gözünüzün xarici kənarından yuxarı doğru davam etsin. Bu zaman qaşlarınız bu iki xəttin arasında qalmalıdır. Yəni bu iki xəttin xaricində qalan tükləri ala bilərsiniz. Ancaq diqqət tükləri mütləq çıxış istiqamətinə doğru almalı, nizamlarını pozmamalısınız.30 yaşı olanlarKöhnə səhvlərə yeni çarələrSınamadığınız stil qalmadı...Onları yenidən eyni hala salmaq çətindır amma qeyri-mümkün deyil. Etməniz lazım olan üzünüzə uyğun yeni bir xətt təyin etmək və bu xətt üzərində yenidən azadca çıxmalar qoymaq. Bu yeni xətti təyin edərkən üzünüzdəki bəzi qüsurları da gizlədə bilərsiniz. Məsələn alını dar olanlar qaşlarını alta yəni gözlərinə yaxın şəkildə qalınlaşdıra bilər. Alını çox açıq olanlarsa tam əksinəni edə bilər. Gözlərinin çox yaxın olduğunu düşünənlər qaşlarının arasını açaraq bu qüsurlarını gizləməyə çalışarkən gözlərinin arasının çox açıq olduğunu düşünənlər qaşların arasını mümkün olduğunca yaxın buraxa bilər.Qaşlarınızın uzanma mərhələsində ən böyük köməkçiniz bir qaş qələmi olacaq. Qaşlarınızın rəngiylə uyğun suya dayanıqlı bir göz qələmi yeni uzanmaqda olan qaşlarınızı kamuflyaj etmək üçün ideal vaistədir.. Yaxşı... hər biri başqa bir istiqamətə doğru uzanan tüklərlə necə çarə tapmalıyıq? Bu tükləri nizamlı olaraq köhnə bir diş fırçasıyla daramalı və birazca saç jelesiylə şəkil verməlisiniz.40lı yaşlar Baxışlarınıza gənclik qatın40 yaşını geridə buraxanlar üçün ən böyük problem üzün möhkəmliyini və diriliyini itirməsiylə qaşların yavaş yavaş göz qapaqlarının və gözlərin üzərinə yığılmağa başlamasıdır. Bu yaşlardakı insanların etməsi lazım olan ilk iş əvvəlcə qaşlarını çox naziltməkdən qaçınmaları burun kökünə yaxın qisimi mümkün olduğunca təbii buraxmaları və şəkil vermək üçün yalnız qaşların uc qisimləriylə oynamalarıdırlar. Beləcə gözlərinin daha çəkik görünməsini təmin edə bilərsiniz. Necəmi? Qaşların uca doğru olan bir iki santimetrlik qisimini tamamilə ala bilərlər. Ardından da bir qaş qələmiylə təbii qaş xəttinin dərhal üzərinə yeni bir xətt çəkə bilərsiniz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!