Üz formasına görə xarakterinizi analiz edin

Üz formasına görə xarakterinizi analiz edin
Qadın dünyası
10.09.2017 34




Üz oxuma sənəti qədim dövrlərə qədər gedib çıxan fəlsəfi bacarıqdır. Hər kəsin üzü fərqlidir və bu müxtəliflik xarakterə də təsir edir.



Yumru:

Yaxşı valideyn olurlar. Mühafizəkar və sakitdirlər. Dostları çoxdur. Ünsiyyət qurmağı sevirlər. Kökəlməyə meyillidirlər. Yemək yeməyi sevirlər və romantikdirlər.



Kvadrat:

Sağlam və enerjilidirlər. Yeməyi sevirlər, amma kökəlmirlər. Dəri problemləri ola bilər. Güclü zehinləri var. Pozitiv və enerjili həyatı sevirlər. Araşdırmağı, kəşf etməyi sevirlər. Maraqlıdırlar və səyahət etməyi xoşlayırlar.



Üçbucaq:

Özlərini düzgün izah edə bilmirlər. Çox çalışqan və intizamlıdırlar. Dəyişkən xarakterləri var. Qərarsızdırlar, amma çox xarizmatikdirlər. Xarici görüntülərinə görə rahat-rahat bütün qapıları aça bilirlər.



Saç formaları

Qarşınızdakı insanın saçları zəif, düz və parlaqdırsa, mülayim xarakterli insandır. Düşüncəli, nəzakətli insanlardır. Tez küsə bilirlər.



Qalın buruq saçlar güclü şəxsiyyətdən xəbər verir. İstədiyi hər şeyi əldə edə bilən, əzmli insanlardır. Çox tez əsəbiləşə bilirlər.



Göz formalar;

Göz insanın ən zəif bölgəsidir. Bütün duyğuları, hissləri, utancaqlığı, sevgini, nifrəti gözlərdən oxuya bilərsiniz. Bəzi gözlər soyuq baxır, bəziləri gülür. Kimə baxsanız da ilk növbədə gözlərinə və oradakı mənaya nəzər yetirin. Həmçinin özünüz də o insanın gözünün içinə baxın. Əks halda onda özünüzə qarşı güvənsizlik, inamsızlıq yaradacaqsınız.



Kiçik və batıq gözlər:

Sirrli, sirr saxlamağı bacaran, bir qədər də əlçatmaz insanlardır.



Böyük göz bəbəkləri:

Ağı az olan iri gözlərin sahiblərinin öz dünyaları olur. Özləri haqqında danışmırlar və heç təxmin edə bilməyəcəyiniz sirləri ola bilər. Müvəffəqiyyətlidirlər. Yüksək idealları var.



Kiçik göz bəbəkləri:

Əsəbidirlər. Asanlıqla özlərinə qapana bilərlər. Cəsarətə ehtiyacları olur.



Böyük gözlər:

Böyük gözlər geniş fikirli insanlara aiddir. Kiminsə əsarətində qala bilməzlər. Azadlıqları hər şeydən önəmlidir.



Göz çuxuru dərin olan gözlər:

Ciddi və idealistdirlər. Fəlsəfi mövzulara maraqları olur. İnəcəsənətə meyillidirlər.



Daim gözlərini oynadanlar:

Sirlidirlər. Hımişə ətrafa baxırlar. Etibarsızdırlar.



Burun formaları



Dik burunlar:

Maraqlı, eyni zamanda ağıllıdırlar.



Böyük burun:

Yüksək enerjili insanlardır.



Kiçik burun:

Utancaqdırlar.



İncə burun:

Dəyişkəndirlər, əhəmiyyətsiz detallara çox fikir verirlər.



Geniş qanadlı burun:

Özlərini yaxşı ifadə edirlər, tez hirslənirlər.



Qısa burun:

Xoşbəxt və olduqları kimidirlər.



Uzun burun:

Qürurlu və əsəbidirlər.



Qısa və dik burun:

Dostcanlıdırlar. Vasvasıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!