Qadınları Tanımaq... Kişilərin Qulağından Uzaq

Qadınları Tanımaq... Kişilərin Qulağından Uzaq
Qadın dünyası
10.09.2017 21
 

Bütün gəl-getləri,kaprizləri,kiçik ərköyünlükləri,qorxuları, xəyalları,sevgiləri, müvəffəqiyyətləri,müvəffəqiyyətsizlikləri,hiyləgərlikləri,saflıqları, şirinlikləri,kiçik yalanları,israrçılıqları və böyük ürəkləriylə özləri olmağa çalışan qadınları tanımaq asanmı görəsən???

Bir qadını sevməklə başlar hər şey,amma bir qadını tanımaqla həyatın sirrinə, dadına çatmaq olar. Bir qadını tanımaq istədiyinizdə çətin amma gözəl bir səfərə çıxarsınız. Onlar dörd mövsümü bir ürəkdə görüşdürər. Buna görə sizi davamlı çaşdırarlar...

Sürprizlərinin ardı arası kəsilməz...Qadınları anlamaq üçün onlara bənzəməyə çalışmaq lazımdır bəlkə də... Öz zəkasını xatırladanları dəyər verər, sevgisini göstərməkdən ürkməyənləri sevər birdə.

Sevgi oğrusudur qadın...Verdiyindən daha çoxunu istəyərək eqoizmini göstərəcək qədər sevgi oğrusu...Bir qadını tanımaqla qanad çırpılar azadlığın bütün maviliklərinə...

Qadın həm yaman bir eşq ovçusu həm də kələ-kötür yollarda qaçan eşq yorğunudur... Bir qadını tanımaqla çıxılar gözəl macəralara,Həyata lağ etməsini bilər çünki qadın.

Eynilə özünə lağ etməsini bildiyi kimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!