Yaddaşınızı test edin

Yaddaşınızı test edin
Qadın dünyası
10.09.2017 24
Aşağıda yer alan asan və tez tətbiq edə biləcəyiniz yaddaş testi
National Institude of Mental Health və Amerikada olan Memory Assessment
Clinic –da hazırlanmışdır.



Bu test yaddaşınızın normal funksiyalara sahib olub olmadığı haqqında
sizə ümumi bir fikir verəcək. Əgər yaddaşınızla əlaqədar bir problem
yaşadığınızdan şübhələnirsinizsə mütləq həkiminizə müraciət etməlisiniz.
Həkiminiz yaddaş probleminizin nədən qaynaqlandığını araşdıraraq sizə
uyğun müalicə variantları və təkliflər təqdim edəcək.



Aşağıdakı bazarlıq siyahısını yalnız bir dəfə diqqətlicə oxuyun.
Ardından siyahıya bir dəfə daha baxmadan, xatırladığınız bütün maddələri
başqa bir kağıza qeyd edin. Daha sonra neçə dənə maddə xatırladığınızı
başqa bir vərəqə yazın.



Soğan

Ərik

Yumurta

Böyürtkən

Fındıq

Krevet

Qazlı su

Mayonez

Reyhan

Balqabaq

Mango

Makaron

Sosiska

Keks

Qarabaşaq



Bal vermə:

18-39 yaş arasındasınızsa 10 maddəni,

40-49 yaş arasındasınızsa 9 maddəni,

50-59 yaş arasındasınızsa 9 maddəni,

60-69 yaş arasındasınızsa 8 maddəni,

70 yaş və daha çox 7 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərər.



İndi də yuxarıdakı siyahını hər 5 dəqiqədə bir təkrar oxuyun. 5 dəfə
oxuduqdan sonra siyahıya baxmadan 30 saniyə gözləyin və siyahının
içindəki maddələri xatırlamağa çalışın.



Bal vermə:

18-39 yaş arasındasınızsa 13 maddəni,

40-49 yaş arasındasınızsa 12 maddəni,

50-59 yaş arasındasınızsa 12 maddəni,

60-69 yaş arasındasınızsa 11maddeyi,

70 yaş və daha çoxdursa 10 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!