Ölümə olan real münasibətinizi yoxlayın

Ölümə olan real münasibətinizi yoxlayın
Qadın dünyası
10.09.2017 16
Ölüm nədir?

Ölmək insan orqanizminin bioloji baxımdan tam məhvinə deyilir. Bu ən primitiv tərifdir, yəni insan orqanizmi, onu yaşadan, idarə edən (psixika) bütün orqanlar fəaliyyətini dayandıraraq məhv olurlar. Bu məhv olmalar "İNSANI” və "İNSAN ORQANİZMİNİ” məhv edir.



"İNSANIN MƏHV OLMASI” ilə "İNSAN ORQANİZMİNİN MƏHV OLMASI”nı bir-birindən ayırmaq lazımdır.



"İNSANIN MƏHV OLMASI”na – onun psixikasının, idrakının bütün insan orqanizmi daxilində fəaliyyətinin dayanması daxildir. Psixikanı yaradan, yaşadan sinir hüceyrələri (neyronlar) və bütün orqanizm daxilində psixikaya xidmət edən sinirlər sistemi öz fəaliyyətini dayandıraraq sona çatırlar. Nəticədə, insan bir canlı varlıq, sübyekt və bir şəxsiyyət kimi öz mövcudluğunu dayandırmış olur. Necə deyərlər, ruh-psixiki enerji, idrak, fəaliyyət və yaşamaq enerjisi insan bədənini, insan orqanizmini tərk edir.



"İNSAN ORQANİZMİNİN MƏHV OLMASI” isə insan orqanizminin bioloji cəhətdən məhvini nəzərdə tutur. İnsan orqanizmini yaradan, yaşadan hüceyrələr öz fəaliyyətini dayandıraraq çürüyüb məhv olur. Məlumdur ki, insan öldükdən sonra onun bədəni tezliklə şişməyə, çürüməyə və məhv olmağa başlayır. Bu, məhz insan orqanizmini yaşadan hüceyrələrin çürüyüb məhv olması ilə əlaqədardır. Bu hüceyrələr insan öldükdən sonra ÜÇ DƏQİQƏYƏ və ÜÇ DƏQİQƏDƏN sonra çürüməyə başlayırlar.



Bax belə, ÖLMƏK BUNA DEYİLİR. Ölüm və ölüm haqqında bütün reallıqlar, həqiqətlər, tənzimləyici yadedici mərasimlər məhz, DİNƏ-BÖYÜK ALLAHA aiddir və bu mərasimlər BÖYÜK ALLAH kəlamları ilə idarə olunur.



ÖLÜM BÖYÜK ALLAHIN ƏMRİ İLƏ BAŞLAYIR ELƏ BÖYÜK ALLAHLA DA BİTİR. ÇÜNKİ YARADAN, YAŞADAN VƏ YENİDƏN YARADAN, YAŞADAN YALNIZ VƏ YALNIZ BÖYÜK ALLAH OLA BİLƏR.



PSİXOTEST

Ölümə olan real münasibətinizi yoxlayın



Suallara səmimi və düzgün cavab verin, yalnız cavab xallarınızı topladıqdan sonra "nəticə”ni oxuyun.



1. Hansı idman növündən xoşunuz gəlir?

a) Futbol-3

b) Suya tullanma-2

c) Qaydasız döyüş-1



2. Ən çox sevdiyiniz film?

a) Nəsimi-1

b) Görüş-2

c) Uşaqlığın son gecəsi-3



3. "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” atalar sözünə münasibətiniz necədir?

a) Çox yaxşı-3

b) Cavab verə bilmirəm-2

c) Bu kəlamı qəbul etmirəm-1



4. İntihar etmək sizin üçün nə deməkdir?

a) Ən böyük günah-3

b) Cavab verə bilmirəm-2

c) Psixi xəstəliyin nəticəsi-1



5. Siz həmişə ehtiyatlı olmağı bacarırsınız?

a) Xeyr-2

b) Bəli-1

c) Şəraitdən asılı olur-3



6. Təsəvvür edin ki, yanınızda insan ölür. İlk növbədə nə edərsiniz?

a) Çığırıb otaqdan qaçaram-2

b) Köməyə adam çağıraram-3

c) Ona kömək etməyə çalışaram-1



7. Siz qəbiristanlıqdan qorxursunuzmu?

a) Bəli-2

b) Xeyr-1

c) Yalnız gecələr-3



NƏTİCƏ

16 xal və ondan yuxarı:

Sizin ölümə münasibətiniz qənaətbəxşdir. Təbii olaraq, bütün insanlar kimi ölümdən qorxursunuz. Ölümlə bağlı ictimai və elmi biliklərlə də maraqlanırsınız. Yas mərasimlərinə, ölümlə bağlı dini adət-ənənələrə hörmətlə yanaşırsınız. Bu da sizin yaşamaq və fəaliyyət mübarizənizin sağlam olduğunu sübuta yetirir.



11-15 xallar:

Sizin ölümə münasibətiniz normal deyil. Siz ölümdən və ölüm mərasimlərindən həddən çox qorxursunuz. Elə bilirsiniz ki, ölüm təkcə sizin üçündür və o tezliklə sizi haqlaya bilər. Ona görə də tez-tez bu barədə düşünərək özünüzü lazım olduğundan çöx narahat edirsiniz. Özünüzü ələ alın, təbii proseslərə tabe olun.



10 xal və ondan aşağı:

Sizin ölümə və həyata münasibətləriniz çox qəribədir. Demək olar ki, ümumiyyətlə, sizi ölüm maraqlandırmır. Adama elə gəlir ki, siz nə vaxtsa öləcəyinizi belə unutmusunuz. Düzdür, yas mərasimlərində daim iştirak edirsiniz, lakin sizi daha çox şən və maraqlı yaşamaq maraqlandırır. Hər halda, ölüm haqqında da hərdən düşünün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!