Qadın çantasında olan 6 toksik əşya

Qadın çantasında olan 6 toksik əşya
Qadın dünyası
10.09.2017 7
Bildiyimiz kimi qadın çantasında heç də az əşya olmur. Hər gün bu
əşyalarla kontaktda olan qadınların çoxu, təəssüf ki, bu əşyaların
toksik olduğunu və sağılamlıq üçün təhlükə yaratdığını bilmirlər.



Telefon, dodaq üçün balzam, ətir - bunlar sağlamlıq üçün təhlükəsiszdir?



Sizə çantada olan ən toksik əşyaların siyahısını təqdim edirik:



- Telefon. Hal hazırda mobil telefonun dəqiq ziyanı haqda tam dəqiq
məlumat verilməsə də, aparılan təcrübələrə əsasən məlum olub ki,
telefondan olan elektromaqnit şüalanma döş xərçəngi hüceyrələrinin
inkişafını 4 dəfə, spermatozoidlərin ölümünü isə 3 dəfə tezləşdirir.
Mütəxəssislər zəng etmək əvəzinə sms yazmağı məsləhət görürülər. Danışıq
zamanı isə telefonu başdan bir neçə sm uzaq tutmaq lazımdır.



- Əl üçün antiseptik gel. Məlumata görə, əl üçün bu gellərin tərkibində
xlorid benzolkoniyası vardır. O isə sağlam adamlarda belə astma
xəstəliyi yarada bilən maddələr qrupuna aid edilir. Çalışın antiseptik
vasitələr aldıqda sprit əsaslı olanlarına üstünlük verin.Bu vasitələrdən
istifadə edərkən allergik reaksiyalara da fikir verin.



- Dodaqlar üçün balzam. Bu əşya şübhəli maddələr yığımı adlandırılır.
Adətən balzamların tərkibində parabenlər, palmitat retinol kimi
xoşagəlməz maddələrə rast gəlinir. Çalışın balzam seçərkən tərkibində
bu maddələr olmayan vasitələrdən istifadə edin.



- Kağız çeklər və vərəqlər. Onlar təhlükəsiz görünsələr də bu heç də
belə deyil. A bisfenolu hopmuş parlaq kağız, kontakt zamanı dəridən
keçir. Heyvanlar üzərində keçirilən təcrübələr göstərir ki, A bisfenolu,
piylənmə, şəkər, xərçəng xəstəliyi və sonsuzluğun təhlükəsini artırır.
Çantanızı lazımsız kağız parçaları və çeklərlə doldumayın və
ümumiyyətlə onlara az toxunun.



- İçki butulkaları. Palstik butulka və dəmir bankaların tərkibində A
bisfenolu var. Bu tip butulkaları çalışın, günəş şüası altında,
nəmişlik və istidə çox saxlamayın, bu halda onlarda olan kimyəvi
maddələr azad olunur.



- Ətir. Bir çox hallarda istehsal təhlükəsizliyi səbəbindən, bağlamanın
üzərində tərkibdə olan bütün inqrediyentlər göstərilmir. Bu istehsalçı
üçün əlverişli deyil, belə ki, bəzi ətirlərin tərkibnidə olan ftolatlar,
androgenlərin təsirini saxlayaraq, kişilərdə sonsuzluğun yaranmasına
gətirə bilirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!