Xanımlar üçün lazımlı məsləhətlər

Xanımlar üçün lazımlı məsləhətlər
Qadın dünyası
10.09.2017 44
Gözəl görünmək üçün bahalı salonlara getmək, çoxlu pul xərcləmək əsas deyil. Təmizlik, səliqəli olmaq da baxımlılığın bir vasitəsidir. Bunları evdə də etmək mümkündür.

Xanımlara gözəlliyə mane olan bəzi problemləri aradan qaldıracaq məsləhətlər təqdim edir:



•Unutmayın: haçalanan saç ucları müalicə olunmur. Onları sadəcə, kəsdirməklə aradan götürmək olar.



•Havalı saç forması arıq və uzunsov üz quruluşu olan xanımlara yaraşır. Bu cür düzüm yumrusifət xanımları daha da kök göstərəcək.



•Dırnaq saxlamağı sevmirsinizsə, onda tünd rəngdə dırnaq boyası çəkməkdən çəkinin. Bu cür rənglər dırnaqları səliqəsiz göstərir. Qısa dırnaqlara adətən, açıq rəngli boyalar çəkirlər.



•Dırnaqlarınız soyulursa, bu, kalsium çatışmazlığının əlamətləridir. Ona görə də dırnaqları müalicə etmək və bərkitmək üçün onları dəniz suyunda, rəngsiz xınada, limon suyunda saxlamaq və ya yod çəkmək lazımdır.



•Əllərə əridilmiş parafini çəkib, sellofan müşənbə geyinib, 15 dəqiqə saxlamaqla, qurumuş və qırışmış dəridən qurtulmaq olar. Amma parafindən əvvəl əlləri yağlı kremlə nəmləndirməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!