Bu ölkələrdə qadın olmaq çox çətindir

Bu ölkələrdə qadın olmaq çox çətindir
Qadın dünyası
10.09.2017 13
Qadın olmağın çətin olduğu 15 ölkəni təqdim edir.



Misir

Misirdəki qadınların 99.3 faizi seksual təcavüzə məruz qalır. 91 faiz qadın isə sünnət edilir. Siyasətdə isə qadınların fəaliyyəti sıfıra bərabərdir.



İraq

İraq parlamentində qadın millət vəkili yoxdur. Bundan başqa iraqlı qadın pasport almaq istəyərsə, ərinin, evli deyilsə atasının, qardaşının icazə verməsinə dair sənəd aparmalıdır.



Səudiyyə Ərəbistanı

Burda qadınların avtomobil idarə etməsinə qanun icazə vermir. Qadağanı pozan qadınlar həbsə atılır. Bu ölkədə təcavüz qadın üçün "zina” sayıla bilər.



Suriya

Bu ölkədə rəsmi olaraq qızlar 17 yaşında ərə gedə bilər. Amma Türkiyədəki bir qaçqın düşərgəsində 12 yaşlı qızı ərə vermək istəyirmişlər.



Yəmən

Bu ölkədə qızların sadəcə 53 faizi orta məktəbə göndərilir. Hər min qadından ikisi doğuş zamanı həyatını itirir.



Sudan

Burda rəsmi olaraq qızlar 10 yaşında evlənə bilərlər. Orta hesabla hər 30 qadından 1-i hamilə olarkən ölür. Min qadından yeddisi doğarkən həyatını itirir.



Livan

Livan qaydalarına görə təcavüz edən adam, təcavüzə məruz qalan qadınla evlənmək haqqına malikdir. Qeyri-qanuni abort etdirən qadın 7 il həbsə məhkumdur.



Fələstin

Fələstində savadlı qadınlar 92,6 faiz olsa da, sadəcə 17 faiz qadın işləyə bilir. Qadınlar üçün evlənmə yaşı 15-17 yaşdır.



Somali

2012-ci il statistikasına görə, doğuş zamanı ən çox ölüm bu ölkədə yaşanmışdı. Bir hesabatda isə göstərilirdi ki, Somalidəki düşərgələrdə 1200 qadın təcavüzə məruz qalıb.



Cibuti

Bu ölkədə seksual zorakılıqla bağlı qanun yoxdur. Qadınların 93 faizi qadın sünnətinə məruz qalır.



Bəhreyn

Bəhreyndə qadınların 33 faizi ailədaxili işgəncəyə məruz qalmaqdadır. Bu ölkədə 2 qadının şahidliyi bir kişinin şahidliyi ilə eynidir.



BƏƏ

Birləşmiş Ərəb Əmirliklərində nikahdan kənar uşaq doğmağın cəzası – həbsdir. Və müsəlman olmayan kişi ilə evlənmək də qanunla qadağandır.



Mərakeş

Bu ölkənin qanunları qadınlara ərindən ayrılmağı qadağan edir. 15-49 yaş arası qadınların 44 faizi oxuyub yazmağı bacarmırlar. Ölkədə ailələrin 10 faizini erkən yaşda nikahlar təşkil edir.



Qətər

Qətərdə qadınların sürücülük vəsiqəsi ala bilməyi üçün ərlərinin rəsmi icazəsi olmalıdır.



İordaniya

İordaniyalı qadın xarici kişiyə ərəd gedəndə avtomatik olaraq vətəndaşlıqdan çıxarılır. Ölkədəki daşınmaz əmlakın ancaq 17 faizi qadınlara aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!