Qadınlar bu suallara cavab tapa bilmir

Qadınlar bu suallara cavab tapa bilmir
Qadın dünyası
10.09.2017 11
Kişilər sevgili olduqları xanımlarda hansı xüsusiyyəti axtarır? Bu hamımıza məlum olan faktdır ki, qadınlar sevgi münasibəti
yaşadıqları kişilərdə "ər” xarakteri axtarmağa çalışırlar. Xanımlar,
xəbəriniz olsun: kişilər də bu mövzuda sizin kimi düşünür. Kişilər də
sevgili olduqları qadınlarda özlərinə layiq "həyat yoldaşı” cəhətləri
axtarmağa çalışırlar. Bu xüsusiyyətləri tapmadıqda isə onunla sadəcə
vaxt keçirməyə başlayırlar.



Kişilər niyə aldadır?

Qadınlar hər zaman sevgililərinin onları aldatdığı fikiri ilə
yaşayırlar. İngiltərədə aparılan araşdırmaya görə, kişilərin 70%-i
xəyanət etmir. Onların 13%-i cinsi həyatlarında dəyişiklik etmək
istədikləri üçün özlərinə başqa qadın axtarır, 17%-i mənasız problemləri
aradan qaldırmaq üçün yeni sevgi axtarışına çıxır. Bu araşdırmadan
sonra kişilərin ancaq 30%-inin xəyanətə meyilli olduğunu nəzərə alsaq,
"bütün kişilər xəyanətkardır” fikrinin nə qədər yanlış olduğunu görə
bilərik.



Keçmiş sevgili ilə görüş məsələsinə kişilərin münasibəti

Qadınların nigaran qaldığı mövzulardan biri də keçmiş sevgili ilə
görüşlərinin kişilər tərəfindən necə qəbul edilməsidir. Xanımlar, bu
mövzuda narahat olmağınıza dəyər! Kişilər özləri keçmiş sevgili ilə
görüşlərinə haqq qazandırmağa çalışsalar da, qadınların keçmiş
sevgililəri ilə görüşünü birmənalı qəbul etmirlər. Araşdırmalara görə
kişilərin 60%-i sevdikləri xanımın keçmiş sevgilisi ilə görüşünə normal
yanaşır. Bunu isə istənilən vəziyyəttə sevgililərinə inanmaları ilə
əlaqələndirirlər. Yerdə qalan 40% isə sevgililərinə nə qədər inansalar
da, onalrın keçmiş sevgililəri ilə görüçünü qəbul edə bilmirlər.



Doğum müayinəsi zamanı kişilər nə düşünür?

Qadınların qorxuduğu mövzulardan biri də səhv kişinin övladını dünyaya
gətirməkdir. Çünki qadınların fikrincə, ailə, uşaq məsələsində kişilər
onlar qədər diqqətli deyillər. Onların bu cür düşünməsinin isə səbəbi
var. Mütəxəssislərin sözlərinə görə, kişilər qadınlarla müqayisədə cinsi
əlaqə öncəsi daha çox dərman qəbul edirlər. Bu dərmanlar isə əsasən
uşaq dünyaya gəlməsinin qarşısını almaq üçün qəbul edilir.



Hesab ödəmə məsələsində kişilər niyə bu qədər həssasdır?

Qadınların çoxu kişilərin hesab ödəmə məsələsini niyə bu qədər ciddiyə
aldıqlarını başa düşmürlər. Araşdırmalar göstərir ki, xanımlar
münasibətin əvvəlində yemək zamanı hesabı kişi ödədiyi zaman özlərini
narahat hiss edirlər. Hesabın heç olmasa yarı-yarıya ödənilməsini
istəyirlər. Münasibət irəllilədikcə isə onların bu narahatlığı yoxa
çıxır. Əksinə, bu zaman kişi xanımın hesab ödəmə məsuliyyətini onunla
bölüşməsini arzulayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!