Qadınları gündəlik həyatın stresindən qoruyan 3 sadə addım

Qadınları gündəlik həyatın stresindən qoruyan 3 sadə addım
Qadın dünyası
10.09.2017 26
Hansı işlə nə qədər məşğul olursa olsun qadınlar, gündəlik həyatdakı
gözləmələrdən, məsuliyyətlərdən və bağlılıqlarının gətirdiyi stressdən 3
sadə addımla qoruna bilərlər. Budur, o üç addım...



Bu günlərdə biz qadınlar özümüzü günün sonunda yorğunluqdan əldən düşmüş
halda tapırıq. 24 saat əsla kafi gəlmir. Günün sonunda özümüzə çox az
zaman qalır, bir çoxumuz üçünsə iş yükünü yüngülləşdirmək bir həll
olmur. İstər ev xanımı istər böyük şirkətlərin idarəçisi olun, əlamətlər
çox bənzərdir.



Yaxşı, həll nədir?

Bir çox qadın alternativ tibb tətbiqlərindən faydalanır.

Hansı işlə nə qədər məşğul olursa olsun qadınlar gündəlik həyatdakı
gözləmələrdən, məsuliyyətlərdən və bağlılıqlarının gətirdiyi stressdən 3
sadə addımla qoruna bilər:



- Ağıl (Zehni və duyğusal sağlamlıq)



- Bədən (Uyğun qidalanma, qida əlavələri, fəaliyyətlər, hormonal tarazlıq)



- Ruh (Özü və başqaları üçün sevgini hiss etmək, içindəki güc)



Yrd. Dos. Dr. Gamze Şenbursa, "Bu 3 başlığa diqqətlərini verərək,
qadınlar öz sağlamlıqlarının idarəsini əllərinə ala bilər, içlərindəki
ən mükəmməl versiyalarını ortaya çıxara bilərlər" deyir.



Siz qadınlar üçün əllərindən gələnin ən yaxşısını etmək, içlərindəki
gücü çölə çıxarmaq, pul qazanmaq, yaxşı bir bədənə sahib olmaq və yaxşı
əlaqələrə sahib olmaq əhəmiyyətli isə Yrd. Dos. Dr. Gamze Şenbursa'ya
qulaq verin:



- Ağıl-bədən-ruh birlikdəliyi; stressi azaldan, bədən fərqliliyini və
yaxşılıq halını artıran olduqca sadə bir alternativ tibb üsuludur.
Ağıl-bədən-ruh birlikdəliyi bütün alternativ tibb üsulları kimi holistik
(bütöv) yaxınlaşmanı mənimsəyər. Bütöv yanaşmaya görə bədənimizin və
özümüzün fərqində olmaq, sağlam və müvəffəqiyyətli olmaq üçün təməldir.
Bütün bunları həyatımıza tətbiq etmək isə bizim əlimizdədir.



- Ağıl-bədən-ruh birlikdəliyi üsulunda müsbət enerji çox əhəmiyyətlidir.
Müsbət düşünmə, həyatdan zövq alma, başqalarına və özümüzə hörmət etmək
müsbət enerji verir. Həyatımızda özümüzə kiçik motivasiya edici qeydlər
yazmaq da müsbət enerjimizi artırar.



- Aşağıdakı kimi bir qeyd yaxşı bir gün keçirməmizə köməkçi olar:

"Günüm çox yaxşı keçir. Sanki bütün kainat mənim kim olduğumu və nə
istədiyimi bilir kimi. Sanki rəqs edər kimiyəm. Səhər qalxdığımda
enerjiylə doluram, həyatda olduğum üçün çox xoşbəxtəm. Ətrafımda bu
qədər mükəmməl insanların olması çox gözəldir. Önümə çıxan bütün
çətinliklərlə baş edə bilərəm. Başqalarına faydalı olduğum üçün çox
xoşbəxtəm. Xoşbəxt olmaq üçün çox səy sərf etməyimə ehtiyac yoxdur.
Önümdə sonsuz variantlar olduğunu bilirəm. "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!