Dodaq boyasının rənginə görə xarakter analizi

Dodaq boyasının rənginə görə xarakter analizi
Qadın dünyası
10.09.2017 72
İnsanların istifadə etdikləri və sevdikləri rənglər, əlbəttə ki, ruh halları hətta xarakterlərilə bağlıdır. Misal üçün deyək, çox tünd rəngdə geyinən bir insanın çox macərapərəst biri olduğu deyilə bilməz. Ancaq insanları sadəcə açıq və ya tünd rənglərlə qiymətləndirmək kifayətdirmi? Əslində hər rəngin içində bir məna, istifadə edən və görən insanda yaratdığı bir qavrayış vardır. Belə olan halda bu rəngləri xanımların əsla vazkeçmədikləri dodaq boyası ilə analiz edək.



Qırmızı rəngli dodaq boyası

Şübhəsiz ki, qırmızı rəngli dodaq boyasını sevən və tez-tez istifadə edən qadınlar özlərini cazibədar görən və kişilərin diqqətini çəkməyi sevən qadınlardır. Yetkinliyi sevər və cəlbedici, zəngin kişilərdən xoşlanarlar.



Çəhrayı rəngli dodaq boyası

Çəhrayı rəngli dodaq boyası daha rahat olmağı sevən qadınlara xitab edər. Həm gözəl, həm rahat həyat tərzi onlara xasdır. Hündürdaban ayaqqabı yerinə qəşəng bir babet ilə gözəl bir görünüş əldə etməyə çalışarlar və çəhrayı rəngli dodaq boyalarını yanlarından əskik etməzlər. Dostlarına bağlı bir xüsusiyyətə malikdir bu xanımlar. Kişilərin hər zaman böyük bir yalançı olduqlarına inanarlar və cəlbedici kişilər xoşlarına gəlir.



Narıncı rəngli dodaq boyası

Əyləncəli insandırlar. Ədəbiyyata və ictimai mövzulara marağı daha çoxdur. Musiqi dinləməyi həyatın ayrılmaz bir parçası olaraq görürlər. Kompyuterlərində film arxivləri olar. Populyar kitabları deyil, adını heç eşitmədiyiniz kitabları oxumağa diqqət edərlər. İntellektual və zarafatcıl kişilərdən xoşlanarlar.  



Bənövşəyi rəngli dodaq boyası

Ağ dərili xanımların seçim etdiklər bir rəngdir. Romantiklikləri vardır. Sərt bir xarakter quruluşuna sahib ola bilərlər, həyatda onlar üçün bəlkələr yoxdur: ya bəlidir, ya da xeyr. Yetkin, yəni həyatdan nə istədiyini bilən kişilərdən xoşları gələr.



Mat rəngli dodaq boyası

Bu rəngli dodaq boyaları sadə xanımların seçimidir. Gözlərini ön planda vurğulamağa çalışan xanımlar dodaqlarını arxa plana almaq üçün bu rəngi seçərlər. İti baxışlı qadınlardır, cəlbedicidirlər. Anlayışlı kişilər onların sevimliləridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!