Qadınların işlətdiyi 9 təhlükəli cümlə

Qadınların işlətdiyi 9 təhlükəli cümlə
Qadın dünyası
10.09.2017 8
1. "Hə, lap yaxşı!"

Adətən bu sözü qadınlar mübahisənin axırında — haqlı olduqları və sizin susmağınızın (mumlamaq :no: ) gərəkli olduğu zaman işlədir.



2. "Cəld gəlirəm! 5 dəqiqə!"

Bu ifadə iki mənada işlənə bilər: Əgər qadın bu ifadəni evdən çıxmağa hazırlaşarkən söyləsə, "5 dəqiqə" yarım saata qədər bərabərləşəcək. Amma, "ev işlərində yardım etmək" üçün sizə futbol oyununun birinci hissəsini izləməyə fəqət beş dəqiqə vaxt veriblərsə, o zaman əmin olun, bu düz beş dəqiqə sürəcək! :ok_mini:



3. "Heç nə baş verməyib"

Bax bu isə, tufandan qabaqkı sakitçilikdir. Bu «heç nə» mütləq nəyisə ifadə edir, belə ki, ayıq olun. "Heç nə baş verməyib (olmayıb :bilek: )" dən başlayan mübahisələr, adətən «mükəmməl» nəticələnir.



4. "Di (tez ol), davam elə" :gaga:

Bu çağırışdır, icazə vermək deyil. Buna görə də, nəbadə davam edəsiz!



5. Ucadan ağır nəfəs alma (köksünü ötürmə)

Sözlə ifadə olunmayan bu bəyanat çox vaxt kişilər tərfindən düzgün anlaşılmır. Ucadan nəfəs alma təxminən bunu ifadə edir: O sizi tamamilə ağıldan kəm (gic :shok: ) hesab edir və anlamır ki, nə üçün zamanını burda durub, sizinlə boş-boşuna mübahisə etməkə sərf edir.



6. "Hər şey yaxşıdır"

Kişinin qadından eşidəcəyi ən təhlükəli bəyanatlardan biridir. "Hər şey yaxşıdır :kro: " — sizin səhvinizə görə harda, nə şəkildə altını çəkəcəyiniz barədə düşünməsi üçün taym-aut götürdüyü deməkdir.



7. "Sağ ol" (Təşəkkür edirəm)

Əgər qadın sizə «sağ ol» deyibsə, nə üçün dediyini soruşmayın. Sadəcə olaraq, ona "dəyməz" deyin. Burada incə bir həqiqət, nöqtə var: Əgər sadə bir «sağ ol»un yerinə "Çox sağ ol!" :r63: (vurğu "çox" sözünün üzərinə düşürsə) eşitsəz, o zaman onun səsində səslənən xəfif sarkazmı yerindəcə hiss etməlisiz. Bundan sonra heç vaxt «dəyməz» deməyin. Əks təqdirdə "əhəmiyyətli deyil" (boş şeydir) əmələ gələcək.



8. "Əhəmiyyətli deyil" (Boş şeydir :waw: )

Bu kişini mühakimə edib, onu ağlı-gümanı olmayan bir yerə "rədd etmək" üçün gözəl qadın üsuludur.



9. "Narahat olma, özüm (edərəm) :hh: :hh: ..."

Yenə də təhdidedici bir bəyanat, daha çox qadının ərindən bir neçə dəfə nəyisə etmək barədə xahiş edib (zibilləri atmaq, evdə sülənən corabları yığmaq, mismarı vurmaq), lakin onun kreslodan belə qalxmadığını aşkar edib, hər şeyi özü etməyə başladığı zaman dediyi ibarədir. Bundan sonra, bu durum "Nə qaydasında deyil?" (və ya "Nə olub axı?") kimi axmaq kişi sualına çevrilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!