Qısa boylu olmağın faydaları

Qısa boylu olmağın faydaları
Qadın dünyası
10.09.2017 14
Boy qısalığı bəzi qadınların ən böyük komplekslərindən biridir. Daha uzun və daha gözəl fiziki quruluşa sahib olan qadınların yanında daim narahat hiss edərik özümüzü. Hər vaxt içimizdən qurduğumuz bir cümlə vardır; "bir az daha uzun olsaydım …" Qısa boyumuzu gözəlliyimizin və cazibədarlığımızın qarşısında ən böyük maneə olaraq görərik.



Boyun qısadırmı? Heç dərd etmə, bax bir çox məşhur qadın qısa boyludur. Bu qadınlar bizə açıqca göstərir ki, yanılırıq. Budur, cazibədarlığı və gözəllikləri ilə məşhur qadınlar və boyları….



1. Hilary Duff (1.55)



2. Shakira (1.57)



3. Mila Kunis (1.62)



4. Natalie Portman (1.60)



5. Rachel Sarah Bilson (1.57)



6. Nil Karaibrahimgil (1.62)



7. Hazal Kaya (1.56)



8. Madonna ( 1.60 )



9. Eva Longoria (1.55)



10. Lady Gaga (1.55)



11. Aydilge (1.56)



12. Kim Kardashian (1.58)



13. Kibariye (1.54)



14. Nurgül Yeşilçay (1.60)



15. Sezen Aksu (1.55)



Qısa boylu olmağın faydaları.



Əslində qısa boylu insan daha ağıllı olar kimi bir deyim var. Sıxma canını, "Allah məni niyə belə yaratmış" kimi sözlərlə üsyan etmə. Çünki qısa boylu olmağın da bir çox faydaları var. Nə kimimi? Oxu anlarsan.



Qadınlar.biz təqdim edir:



1.Yaşından kiçik göstərirsən. Həmişə sənə şirin ləqəblər qoşurlar.

2. "Boyu uzun olanın ağlı topuğunda olar” kimi sözləri ömürboyu eşitmirsən.

3.Yorğan yataq problemi çəkmirsən. Ürəyin istəyən yerdə qıvrılıb yatırsan.



4. Yola sallanan ağac budaqlarına kəllə vurmamaq üçün hər dəfə başını aşağı əymirsən.



5. Konsertlərdə, tədbirlərdə "Səhnəni görə bilmirəm" deyərək önə keçə bilərsən.



6. Evdə sənə heç vaxt pərdə açdırıb və təzədən yerinə asdırmırlar. Üst rəflərdən bir şey götürməyini istəmirlər.



7. "Yazıq deyil mənə, kiçicik bir şeyəm də onsuz da" deyərək yazıq görkəmi alıb istədiyini edə bilirsən.



8. Avtobusların üst şüşələrindən gələn küləkdən təsirlənmir və hava cərəyanında qalmırsan.



9. Yerə düşən bir əşyanı götürmək üçün çox enerji sərf etmirsən.



10. Ürəyin istəyən qədər hündürdaban ayaqqabı geyinə bilirsən. Ayaqqabılarını asanlıqla bağlıyırsan.



11. Sürüşüb yıxılsan başını patlatmaq ehtimalın uzun boylularla müqayisədə daha azdır.



12. İnsan toplusunun arasından rahatlıqla sivişib keçə bilirsən.



13. Onurğa sütunu əyilməsi səndə olmayacaq, çünki həmişə uzun boylu görsənmək üçün dik dayanırsan.



14. Avtobus oturacağında rahatlıqla oturursan. Uzun boylular kimi ayaqlarını qarnına sıxıb ikiqat qalmırsan.



15.  Şkaf qapaqlarına, qapının üst dirəklərinə başını çırpmaq kimi ehtimalın yoxdur.



Boyunuzun qısa və ya uzun olmasından asılı olmayaraq, "məndən də pisi var” deyərək hər daim Allaha şükr edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!