Mini geyinən qadınlar bu həqiqəti bilmirdi

Mini geyinən qadınlar bu həqiqəti bilmirdi
Qadın dünyası
10.09.2017 0
Kişilərin üçdə ikisi qadınların qısa ətək və dekolte geyinməsini sevmir.

Qadınlarda elə təəssurat yaranıb ki, kişilərin hamısı mini ətəyi sevir. Bəs onda nə üçün onlar qısa ətək geyinən qadınları izləməyi sevdikləri halda, çox vaxt öz xanımlarına belə geyinməyi qadağan edirlər?



Bu mübahisə doğuran suala ingilis alimləri aydınlıq gətirib.



İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, sən demə, kişlərin əksəriyyəti iş yerlərində, ictimai yerlərdə qadınların qısa şalvar, mini ətək geyinməsinin qadağan olunmasını istəyir.



Bəs bunun səbəbi nədir?

Keçirilən anket sorğunun nəticəsi belə deməyə əsas verir ki, kişilərin üçdə ikisi qadınların qısa ətək və dekolte geyinməsini sevmir. Hətta onların 60 faizi qadınların iş yerində qısa ətək geyinməsinin qadağan edilməsini istəyir. Güclü cinsin nümayəndələri düşünürlər ki, qadınların iş yerində geyinməsi üçün vahid geyimlər müəyyənləşdirilməlidir. Çünki zərif cinsin iş yerində geyindiyi qısa ətəklər, dekolte geyimlər onların kişi həmkarlarının diqqətini dağıdır, nəticədə isə onlar diqqətlərini işə yönəldə bilmirlər.



Kişilərin digər böyük əksəriyyətinin fikrincə, iş mühitinə uyğun olmayan digər bir geyim qırmızı rəngli paltarlardır. Qadınların fikrincə, isə bu geyimlər onların özlərini daha inamlı hiss etməsinə şərait yaradır və kişilər tərəfindən belə bir fikrin irəli sürülməsinin hansısa izahı ola bilməz.



Buradan belə nəticə çıxır ki, başqa qadınların geyindiyi qısa ətəklər, dekolte geyimlər sevgilinizin fikrini qarışdırdığı üçün o sizin bu geyimləri geyinib digər həmcinslərinin "ağlını qarışdırmağınızı” istəmir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!