Bir qadın

Bir qadın
Qadın dünyası
10.09.2017 31
 Bir qadın uşaqdır əslində,

Uşaq kimi davranmağı sevər..

Kişinin ona bir uşağa göstərdiyi şəfqəti göstərməsini də istər..

Amma hər qadın uşaq da olsa dinlənilməsini, diqqətə alınmasını istər..

Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksiniz, amma əsla onu bir uşaq kimi əsla görməycəksiniz!..



Bir qadın güclüdür əslində..

Hətta kişilərdən çox daha güclüdür..

Amma bu gücünü hər zaman ortaya qoymağı sevməz..

İstər ki, kişinin gücü ona hüzur versin,

Özü özünə edə biləcəyi şeyləri belə kişinin etməsini gözlər..

Beləcə həm daha qadın olduğunu hiss edəcəkdir , həm də qarşısındakının nə qədər güclü olduğunu görəcəkdir..

Ancaq qadın gücünü göstərmək istədiyində ona qarşı çıxa bilməzsiniz, etmək istədiyi bir şey varsa mütləq edər..

 

Bir qadın yalnızdır əslində..

Heç bir zaman qadını bütünlüklə əldə edə bilməzsiniz..

Özünə aid bir dünyası vardır və orada hər zaman yalnızdır..

O dünyaya kimsənin girməsinə izin verməz, heç bir açar o dünyanın qapısını aça bilməz..

Yalnızlıq onun sığınacağıdır, o sığınacağa nə zaman girəcəyinə , nə qədər qalacağına həmişə özü qərar verər..



Bir qadın bilgidir əslində,

Nələr edə biləcəyini kişi ağlı xəyal belə edə bilməz,

Yaradıcılığının sərhədi yoxdur, amma bunu ortaya çıxartmağı üçün həyatının sevgisini gözləyər..

 

Bir qadın həyatdır əslində,

Çünki həyatın içində olan hər şey ancaq qadınlar olduğunda anlam qazanır..

Yümək yemək, su içmək belə..

Bir qadının əlindən içdiyiniz suyla özünüzün stəkanı doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlaya bilərmisiniz?

Anlaya bilirsinizsə nə xoşbəxtsiniz.. Anlaya bilmirsinizsə çox heyif ki, yaşamırsınız..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!