Qədim ərəb mədəniyyəti

Qədim ərəb mədəniyyəti
Qadın dünyası
10.09.2017 7
VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!