Eqoist olmaq pisdirmi? - TEST

Eqoist olmaq pisdirmi? - TEST
Qadın dünyası
10.09.2017 10
Biz tez-tez bəzi insanlar haqqında danışanda onu hansısa xüsusiyyətinə görə "eqoist"  adlandırırıq və təbii ki, bu mənfi şəkildə səslənir. Bir az düşünək, eqoizm nə dərəcədə pisdir? Bir şeyi unutmamaq lazımdır ki, onu ağlabatan bir fikir kimi qəbul etmək olar. Əgər siz də öz üzərinizdə "eqoizmin" bilavasitə ağlabatan olub-olmadığını yoxlamaq istəyirsinizsə, aşağıdakı psixoloji testdən istifadə etməyi məsləhət görürük.



Sual 1. Uşaqlığınızı xatırlayın, sizə şirni hədiyyə edəndə onları nə edirdiniz?

A) Siz məmnuniyyətlə onları dostlarınızla (rəfiqələrinizlə) paylaşırdınız;

B) Siz "şirin əyləncəni" uzatmağa çalışırdınız və həmin şirnilərdən bir miqdar saxlayıb hər gün az-az yeyirdiniz;

C) Heç tərəddüd etmədən hamısını bir anın içində yeyib bitirirdiniz.

 

Sual 2. Özünüzdən danışarkən ən çox hansı sözdən istifadə edirsiniz?

A) Biz;

B) O (Bu);

C) Mən.

 

Sual 3. Sizin televizora münasibətiniz necədir?

A) Televizora baxmağa kifayət qədər vaxtınız olmur, amma əgər vaxtınız olarsa, mavi ekrana nəzər salarsınız;

B) Əgər asudə vaxtlardan söhbət gedirsə, o zaman TV istirahətə kömək edir;

C) Televizorsuz həyatınızı təsəvvür etmirsiniz və qarşısında oturduğunuz zaman gözünüz ekrandan başqa heç nəyi görmür.

 

Sual 4. Hansı növ nəqliyyata üstünlük verirsiniz?

A) Əlbəttə ki, metroya;

B) Tamamilə heç bir fərq görmürəm;

C) Əlbəttə ki, bu təyyarədir,  "business class"-ın qəşəng təyyarəsi ilə səyahət etməkdən daha yaxşı nə ola bilər?

 

Sual 5. Hansı istirahət növü sizin üçün üstünlük təşkil edir?

A) Siz böyük məmnuniyyətlə arxeoloji qazıntılarda iştirak etmək istərdiniz;

B) Sizin üçün öz bağ evinizdə istirahət mükəmməldir;

C) Siz hər zaman gözəl məkanlara getməyə və sahildə istirahət etməyə hazırsınız.

 

Sual 6. Əgər pulsuz mağazaya düşmək şansınız olsaydı:

A) Ətraflı bazarlıq edərdiniz və mütləq sevimli bacınızın (qardaşınızın) uşaqları üçün hədiyyə seçərdiniz;

B) Yalnız sizə lazım olan şeyləri almağa can atardınız;

C) Özünüz üçün maraqlı olan jurnallardan almağı unutmazdınız.

 

Sual 7. Dostlarınızla olan bir şənliyin (əyləncənin) sonunda adətən nə edirsiniz?

A) Mütləq ev yiyəsinə ev işlərində kömək edirsiniz;

B) Gözəl əyləncə üçün minnətdarlıq edib bütün dostlarla birlikdə öz evinizə yollanırsınız;

C) Qalan qonaqlarla birlikdə şənlik olan evdə qalıb onlarla öz problemlərinizi bölüşürsünüz və öz təcili işlərinizdən bəhs edirsiniz.



Cavablar.

A variantı çoxdursa: Əgər sizin cavablarda A variantı üstünlük təşkil edirsə, deməli sizdə: eqoizmdən çox altruizm var. Bu da o deməkdir ki, siz başqalarını özünüzdən çox düşünürsünüz. Bu, prinsipcə heç də pis deyil, lakin buna baxmayaraq sizə sağlam eqoizm nisbəti heç də mane olmaz.



B variantı çoxdursa: Əgər cavablarınızda B variantı üstünlük təşkil edirsə, sizi təbrik edə bilərik çünki eqoizm sizə xas deyil. Düzdür, siz başa düşənsiniz və dostlarınızın köməyinə hər zaman çatırsınız, amma sizin üçün yalnız öz rəyiniz əhəmiyyətli deyil.

 

C variantı çoxdursa: Əgər sizin cavablarınızda C variantı üstünlük təşkil edirsə, bu onu göstərir ki, siz sadəcə olaraq özünüzü sevmirsiniz, daha doğru desək, özünüzə heyransınız. Heç kim güman etmir ki, siz anlaşılmayan birisiniz. Məhz bu xarakteriniz sizə özünüzü güclü hiss etdirir və həyatda addımlamağınızı asanlaşdırır. Sizi kimsə getdiyiniz yoldan dayandıra bilər, lakin sizə qarşı başqalarının münasibətini çətin ki, dostluq adlandırmaq olar. Hər şey isə sizin eqoist olamağınızla deyil eqoistlikdən çıxıb \"eqosentrizm\"-ə başlamağınızla əlaqədardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!