Mən bir qız istəyirəm...

Mən bir qız istəyirəm...
Qadın dünyası
10.09.2017 32
Mən bir qız istəyirəm,
Gəlişini duyanda sevincim min qat olsun,
“Qızım olacaq” deyim, dünya duysun.
İçimdə qızıım sevinsin
Qorxmasın, ürkməsin.
Gəlişindən sevindiyimi bilsin.
Sevildiyini anlasın...
Qaçaraq gedim həkimə,
Qızımı göstərsin deyə



Mən bir qız istəyirəm.
Gözəl qonur gözləri, qıvrım-qıvrım saçları olsun.
Kiçik, totuq əlləri ilə yolsun, yolsun saçlarımı.
Hər gün bəzəyim onu, saçlarından asım rəngbərəng lentləri.
Əlindən tutub gəzim şəhəri,
Görənlər “bəxtəvər!” desin
“Nə gözəl, nə gözəl qızın var” desin.
Qürurlanım, qürrələnim, sevinim
“Nə gözəl qızım var” deyim!
 


 
Mən bir qız istəyirəm
Qızların sevilmədiyi ölkədə
Qız olmasından bezməsin
Sinəsini irəli versin
Var gücü ilə söyləsin:
“Mən qadınam, duysun aləm,
Qadınların sevilmədiyi yerdə
Qadınların səsiyəm!”



Mən bir qız istəyirəm,
Qızım var deyə meydan oxuyum hər kəsə
Utandırmasın məni.
Kişlərdən daha cəsarətli,
Daha mərd olsun.
Amma...
Qadın kimi qadın olsun!



Mən bir qız istəyirəm
Varlığını hiss etdirsin
Mənə arxa olsun, dayaq olsun.
Mən bir qız istəyirəm,
Yüz illərin gəlmiş-keçmiş
Adətini heç etsin
“Oğlum var” deyənlərə
Dərin-dərin
Köks ötdürsün.



Mən bir qız istəyirəm,
Gözəlliyi dastan olsun,
Onun üçün oğul anaları
Qapımda növbə qursun
Söz istəsin, söz alsın,
Dönə-dönə təkrarlasın
 “Qızın oğlumun olsun!! “


Mən bir qız istəyirəm,
Oğlanı qızdan üstün qılan
Bu toplumun acığına.
Mən bir qız istəyirəm
Qız olduğuna görə
Övladını qətl etdirən
Anaların, ataların acığına!
 
Lalə Mehralıya xüsusi təşəkkürlər...

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!