ANA olana qədər...

ANA olana qədər...
Qadın dünyası
10.09.2017 18
Mən nə vaxt istəsəm yatırdım,nə vaxt istəsəm dururdum...

Hər gün saçlarımı bütün qaydası ilə formaya salırdım,hər gün dostlarımla,yoldaşlarımla görüşürdüm...

Heç vaxt otağımda olan çiçəklərin zəhərli ola biləcəyindən narahat olmurdum...

Ana olana qədər!



Heç kim mənim üstümü islatmırdı,kiminsə qaytarmağını görəndə mənim də ürəyim bulanırdı...

Öz ağlıma və düşüncələrimə tam hakim idim...

Heç vaxt 10  dəqiqədən bir oyanıb onunla hır şeyin qaydasında olduğu yoxlamamışdım.

Gecələr yatırdım,yatırdım,yatırdım...

Ana olana qədər!



Ağlayan uşağı əlimdə tutmamışdım həkim müayinə edə bilsin deyə...

Ona iynə vuranda heç üzümü yana tutmamışdım...

Ya da yaşla dolu gözlərə baxıb özüm də ağlamaq dərəcəsinə heç çatmamışdım...

Körpənin təbəssümü qarşısında xoşbəxtlikdən ürəyim heç vaxt bu dərəcədə riqqətə gəlməmişdi...

Başqasının yuxusuna keşik çəkərək onun çarpayısı yanında saatlarla oturmamışdım...

Ana olana qədər!



Heç vaxt yatmış uşağı qucaqda saxlamaq mənə bu qədər zövq verməmişdi, çünki onu qucağımdan yerə qoymaq istəmirdim...

Onun ağrılarını azalda bilmədiyim üçün ürəyim heç vaxt dərddən bu qədər parçalanmamışdı...

Heç vaxt təsəvvür etməzdim ki, bu qədər kiçik olanın o qədər böyük əhəmiyyəti olarmış...

Heç vaxt bilməzdim ki,bu qədər sevmək mümkünmüş...

Heç vaxt bilmirdim ki,ana olmaq bu qədər gözəlmiş...

Ana olana qədər!



Bilmirdim axı-sənin ürəyin bədənindən kənarda başqa birində ola bilərmiş!

Bilmirdim axı-açmış uşağı yedizdirmək necə xoşbəxtlikdir.

Ana ilə balanın vəhdəti mənə çatmırdı.

Heç ağlıma da gəlməzdi ki,bu balaca varlıq məni öz gözümdə bu qədər yüksəldəcək.

Analara aid olan o istilik,sevgi,sevinc,ağrı,təəccüb,məmnunluq hissinin dərəcəsi mənə yad idi.

Bizməzdim ki bu qədər  həyəcanlar və bu qədər dərin hisslər varmış

Yalnız qucağına bu balaca varlığı götürəndə başa düşürsən ki insanlarda olan bu hisslər ikiqat artır-və başa düşürsən ki bu yalnız analarda mümkündür...

Ananızın qədrini bilin...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!