Qadınlar bir başqa olur

Qadınlar bir başqa olur
Qadın dünyası
10.09.2017 11
Hər zaman dədəm mənə deyərdi ki, "oğlum qadınları incitmə”. Əgər sən sevdiyin qadını və yaxud hər hansısa bir qadını ağladırsansa, onu incidirsənsə həyatın boyu sən nə onun göz yaşını unuda bilersen, nedeki o solğun üz ifadəsini. Baxmayaraq ki, illər keçib amma helede ele bil qulağımdadı dədəmin həmin o sözləri.



Hər bir kişinin qadınlar haqqında fikri, fərziyyəsi, görüşü cürbə-cür olur. Kimiləri onlara dəyər verir, kimisi alçaldır, kimisi onu ən yüksək zirvələrə qaldırmaq istəyir. Görəsən kimlər qaldırıb, kimlər ednirib?



Həqiqətən də qadınlar çox fərqlidirlər. Güclü qadınlar var. O qadınlar ki, təkbaşına ayaq üstündə durmağı bacarırlar. Bununla yanaşı təbii ki, gücsüz qadınlar da var. Hansıki nəvazişə daha da çox ehtiyac duyurlar. Qadınların saxtasıda olur. Gülməli çıxsada həqiqisi də olur. Amma qadın olur. Çiçək kimi əlvan, səma kimi tər-təmiz, vüqarlı bir dağdır hər bir qadın. Ancaq ara-sıra başına qar yağır bəzilərinin.



Onları bir xoş sözlə sevindirə bilərik. Qadın dediyin həm sözlə həm də hisslə sevilmək istər. Qadınlar elə sazlamaq lazımdır ki, tellərini elə düzəltmək lazımdır ki, bir daha pozulmasın. Hər ona müraciyət etdiyində sanki ona güllər bəxş edərəhcəsinə hitab etməliyik. Müraciyyətimiz elə nazik, elə cazibədar olmalıdır ki, bizə təbəssümlə qarşılıq versin həmin o qadın. ÇÜNKİ ONLAR BİZİM SIğINACAĞIMIZ KİÇİK GÖRÜNƏN, AMMA BİR O QƏDƏRDƏ BÖYÜK OLAN İSTİ YUVAMIZDI.



Qadinlar bizlərin hər bir səhvini çörək qırıntıları yığarcasına yığır və zamanı gəldiyində haqlı olaraq da üzümüzə vururlar. Onlar nə qədər zərif olsada caynaqları bir o qədər iti olur və bizlərdə buraxdığı yara elə də asan sağalmır. Çünko o caynaqlarda bizlərin buraxdığı zəhərlərin qalıq toplamı var. Hansı ki, zamanla yığışıb qalıb qadın caynaqları arasında və təsiri zəhərdən belə güclü olur.

Bəzi kişilər qəbul eləməsədə bizlər qadınlar qarşısında əsən bir külək qədər nigaran və tələskənim. Bu hal naziklikdən və sevgidən irəli gəlir.



HƏR BİR KİŞİNİN ZƏİF NÖQTƏSİDİR QADIN. ONLARI İNCİTMƏDƏN YORMADAN ƏZƏLDƏN SEVMƏLİYİK. ÇÜNKİ ONLAR NARİN VƏ NADİRDİRLƏR...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!