Hər bir xanımın oxumalı olduğu - 10 kitab

Hər bir xanımın oxumalı olduğu - 10 kitab
Qadın dünyası
10.09.2017 5
Qadınlar müxtəlif kitabları xoşlayırlar. Onların arasında romantik və ruhlandırıcı, realistik və fantastik, gözəllik və güc haqqında yazılanlar, ağıl və ürəyin bir­birinə zidd olması haqda olanlar var. Ancaq etiraf etməliyik ki, dünya ədəbiyyatının aparıcı mövzusu sevgidir.



Əminliklə demək olar: vaxtında oxunan kitab insanın həyatını dəyişə bilər.



1. Erix Mariya Remark "Borc həyat"

Bu elə bir həyatdır ki, artıq itirəcək heç nə yoxdur. Maşın oğrusu Klarfe vərəm dispanserindən Lilian adlı xəstəni qaçırır. O bilir ki, artıq ömrünün sonudur. Ancaq son günlərini qeyri adi və parlaq keçirmək istəyir. Bu əsər sizi hissələrə böləcək və yenidən dəyişilmiş formada toplayacaq. Əsər həyatın dəyərini bilməyi və ölümdən qorxmamağı öyrədir.



2. Coann Xarris "Şokolad"

Roman – dadlı şokolad ətri hopmuş, şirəli karamel, təzə pirojna ətirlidir. Lanskne­su­Tann adlı şəhərə ana və qız köçüb gəlir. Onlar şəhərdə qənnadçı dükanı açır və şəhər camaatının  həyatı dəyişir. Kitab hər qadında kiçik bir sehrin olması və onu düzgün istifadə etmək haqqındadır.



3. Marqaret Etvud  "Qulluqçunun hekayəsi"

Marqaret bu əsərdə yeni bir dünya təsvir edir. Orada qadınlar mülkə sahib olmaq, işləmək, sevmək, oxumaq və yazmaq hüququndan məhrumdurlar. Onlar səhərlər qaça bilmir, gəzinti təşkil edə bilmir, ikinci dəfə ərə getmək qadağandır. Onlara yalnız bir vəzifə verilibqulluqçuluq. Roman laqeydliklə oxuna bilmir.



4. Nikolas Sparks "Məndəki ən yaxşı"

Sparksın bu prozası rahat və yüngül, asan oxunandır. Orada hər şey çox təbii, o qədər həqiqətə uyğundur ki, o, inanmaq istəmir ki, bir damla mistika onu poza bilər. Xoş bir axşam üçün burada hər şey var: provinsial şəhər, ayrılıq, əbədi yaşamaq istəyən sevgi.



5. Anna Frank "Gizlənmə yeri. Məktub gündəlik"

Anna Frank 1929­cu ildə doğulmuşdur. O, 15 yaşında konslagerdə vəfat etmişdir. Onun ailəsi ilə birlikdə nasistlərdən gizləndiyi Amsterdamda yazdığı gündəliyi bütün dünyada məşhurlaşdı. Bu tip kitablar tarixin dəhşətli səhifələrini yada salır və heç vaxt təslim olamamağı öyrədir.



6. Corco Moyes "Səninlə görüşənədək"

Lu sadə qızcığazdır. Onun sakit, rahat və maraqsız həyatı var. Uill uğurlu biznesmendir, enerji və güc doludur. Ancaq günlərin bir günü Uill əlil arabasına möhtac qalır və Lu onun xidmətçisi olur. Bu təsirli hekayə bütün çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu göstərir.



7. Vladimir Nabokov "Lolita"

Bu kitab okeanın iki tərəfində oxucuları silkələyən kitab olmuşdur. Bəziləri bu kitabı anatomik səviyyədə günah adlandırır, bəziləri isə elə ilk səhifədən romanı sonuna kimi hərarətlə oxuyur və ilk baxışdan sevginin himni adlandırırlar.



8. Con Faulz "Fransız leytenantın sevgilisi"

Hər gün dəniz sahilində qara paltarlı qadın dayanır və üfüqə baxır. Bir gün onu başqası ilə evlənməyə hazırlaşan gənc oğlan görür və hər şey əksinə cərəyan edir. Evlənmək yoxsa hisslərinə tabe olmaq? Buna siz qərar verirsiniz. Faulz iki final yazmışdır. O, vicdanın individual seçim olduğunu göstərmək istəmişdir.



9. Elis Manro "Həyatdan qiymətli"

Nobel mükafatı laureatı olan Çanronun hekayələrini oxuyarkən qəflətən aşkar edə bilərsiniz ki, öz həyatınızı oxuyursunuz. Onun qəhrəmanlarının reallığına inanmamaq mümkün deyil.

Manronun əsas məharəti öz qəhrəmanlarına təəssüflənmək hissidir. Burada isə o, tam əks olunur.



10. Elizabet Gilbert  "Yemək, dua etmək, sevmək"

Bu avtobioqrafik əsər müasir uğurlu qadın haqqındadır. O, həyatın mənasını itirmiş və yenidən əldə etmişdir. Müəllif hər kəsə həyatdan nə istədiyini – azadlıq, xoşbəxtlik və özündən zövq almaq və özü ilə sülh şəraitində yaşamağı xatırladır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!