Qadın susar!

Qadın susar!
Qadın dünyası
10.09.2017 9
Qadın çıxar başqa qadının rəhmindən. Həyata ilk qışqırığını təyin edər: Səssizliyi eşidər. Atasının gözlərindəki ümidlərin puç olması  ilk yaşadığı haqsızlıq olar. "Səsizlik olarsa qızı doğulub" sözünü öyrənər. Susar! Qadın uşaq olar- gülməyi, oynamağı, daldan dala qaçmağı xor görülər, maneə törədilər. "Qız xeylağı ciddi olmalıdır" sözünü öyrənər. Susar! Qadın məktəbə gedər. Oxumağı yazmağı öyrənəcəyi qədər, "Qadın" olmasına çatacaq qədər. Səbəbini anlaya bilməz. "Oxuyub da nə olacaqsan? Oxumuş ev qadınımı?" sözünü öyrənər. Susar! Qadın tez olar. Çağırılanadək saxlanılar. Qadınlığın saxlanması lazım olduğunu öyrənər. Susar! Qadın gənc olar. Gəzərsə söz olar. Söz gəlməsin deyə, pəncərədən çölə baxmaz. Səhv qadın nə deməkdir öyrənər. Susar! Qadın evlənməli  yaşında ər seçməz: seçilər. "Qız xeylağını boş buraxsan ya barabançıya gedər,  ya zurnacıya" sözünü öyrənər. Susar! Qadın evlənər. Xanım  olmaz ər olar. Evdə xidmətçi, mətbəxdə aşçı, ərinin yanında cilvəli olar. "Yuvanı dişi quş edər" sözünü öyrənər. Susar! Qadın alçaldırıldı, sözü dinləməzsən. Zərbə alar, "Ərinin vurduğu yerdən, gül bitər " sözünü öyrənər. Susar! Qadın ana olar. Ərinin , uşağının anası olar. "Kişi" doğmadan da nə qadınlığını, nə analığını isbat edər. "Kişi adamın kişi uşağı olar" sözünü öyrənər. Susar! Qadın yaşlanar ana olar. Hörməti o yaşında görər. Danışmaq istəyər. Vaxt gecdir. Köçüb gedər həyatdan. Nəhayət qadın doğular, böyüyər, yaşayar, ölər və susar!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!