Soyunacaqsan da nə olacaq sanki....

Soyunacaqsan da nə olacaq sanki....
Qadın dünyası
10.09.2017 20
Havalar istiləndikcə ağılına gəlir bütün qısa şeylərin… Şortların, dekoltelilərin, minilərin… Nümayiş vəsaitlərin…



Nə gözəlsən deyilmi? Aynaya baxınca gördüyün qadın nə cazibədardı… "Saxlanarmı bu gözəllik?" deyə düşünürsən? Halbuki nə qədər gözəlliklər saxlandı torpağa, sən bilmirsən…



İçim yana yana soruşduğum suallar imtina etdirərmi səni soyunmaqdan bilmirəm amma sınayacağam…







Soyunacaqsan da nə olacaq sanki? Nə olacaq bədənini sərgiləyincə?



Keçən il də bənzər geyimləri geymişdin. Ağızları sulana sulana sənə baxmışdı şorgözlər… Bir il daha gənc idin keçən il. Gözlərinin kənarındaki o iki xətt hələ meydana gəlməmişdi…



Fərqinə vardınmı gülə oynaya getdiyin dəniz tətilindən, qumlarda günəş vannası qəbul etmələrdən geriyə, bir çox çil qalmış dekoltendə. Sən dekolte deyirsən. Köhnələr iman taxtası deyirlərmiş. Buna görə də naməhrəmə əsla göstərməzlərmiş…



Bu yaz da gedəcəksən dənizə deyilmi? Yenə uzanacaqsan qumlara. Bir az daha yanacaq, bir az daha köhnələcəksən.



Fərqinə vardınmı bilmirəm, keçən il sən günəş vannası qəbul edərkən yan tərəfdə bir adam davamlı sənə baxıb iç keçirirdi. Bədəninin hər bir detalını araşdırdı. Yoldaşı dənizə getmək istəməmişdi. Yəni ümumi bir deyişlə daha mühafizəkar idi. Buna görə adam tək gəlmişdi tətilə. Sonra nə oldu bilirsənmi? O adam sənə xəyalında təcavüz etdi. Sonra yoldaşının yanına getdi və səndəki gözəlliyi axtardı arvadında. Tapa bilməyincə yoldaşına incidici ifadələr istifadə etdi. Qadın incik bir ürəklə ağlayarkən sənn yanıq bədəninlə küçələrlə gəzirdin… Sənin üzündən neçə qadın ağlamışdı bilmirdin…



Bu yaydamı geyəcəksən qısa şortunu, mini ətəyini? Soyunduqca sənə cəsarət verən şeytanı bir az dahamı xoşbəxt edəcəksən?



Soyunacaqsan da nə olacaq sanki? Adı azadlıqmı olacaq bunun? Müasir və müasir söykəmələri qəbul edərkən, kölələşərkən azad olduğunu sanacaqsan ha? Kişilərə səni rahatca izləmə azadlığı verərkən, sən bir az daha kölələşəcəksən…



Kölə deməm canını sıxdı bəlkə. Mən demirəm ki bunu. Orta əsrlər Avropasında kölə bazarlarında satışa təqdim edilən kölələr gözəllik və cazibələrinin fərq edilməsi üçün yarı çılpaq olaraq sərgilənərdi. Sən bu çağda könüllü soyunursansa, bunun adı könüllü köləlik deyil də nədir yaxşı?



Allah hicab ayəsini niyə endirdi bilirsənmi? Çünki Allah yaratdığı qulunu və onun ehtiyaclarını ən yaxşı biləndir. Hicab ayəsi enmədən əvvəl, münafiq kişilər, gecə tualet ehtiyacı üçün çölə çıxan qadınların geyimlərinə baxardılar. Qadınlar möhkəmcə geyinib çölə çıxmışlarsa, onlara sataşmazdılar. Lakin qadınlar sərbəst geyimlidirsə, onların nökər qadınlar olduğunu düşünər və onlara sataşmağı, zorla təcavüz etməyi özlərinə haqq bilərdilər. Buna görə hicab ayəsi iffətinə düşkün azad qadınları qorumaq məqsədiylə, nökər və azad qadınlar bir-birindən ayrılsın deyə nazil oldu.



Soyununca, bədəninin çoxunu nümayişetdirincə nə olacaq? Çirkin baxışların hədəfi olmaqdan başqa, heç tanımadığın kişilərin xəyallarında gəzməkdən, bir çox qadının könülünü yaralamaqdan başqa nə işə yarayacaq? Sənə gözəl qadın deyəcəklər, bədəni qüsursuz deyəcəklər də, sənin bundan qazancın nə olacaq? Dünyalıq belə bir qazancı olmayan bu işin, axirətdə sənə nələr itirdirəcəyini heç düşündünmü?



Bax Rəbbimiz bizləri bu mövzuda necə xəbərdar edir:



Ey Adəm oğulları! Şeytan, ana-atanızı, ayıb yerlərini özlərinə göstərmək üçün paltarlarını soyaraq cənnətdən çıxardığı kimi sizi də aldatmasın. Çünki o və yandaşları, sizin onları görə bilməyəcəyiniz yerdən sizi görərlər. Şübhəsiz biz şeytanları, inanmayanların dostları etdik.(Ə'RAF: 27)



Çılpaqlıq bir cəzalandırma üsuludur. Bədənini açdıqca həyası tükənər insanın. Şeytan hər pis işi, insana bəzəkli göstərər…



Təqva örtüsü olmayan insanın, bütün bədəni hicablı də olsa bir mənası olarmı?



Hicab ayəsi kimi, bir tək ayəyə belə əhəmiyyət verməyən, inandım dediyi halda tətbiq etməyən bir insanın təqva örtüsü olarmı?



Suriya zindanlarında əsir olan müsəlman qadınların bir qisiminin işgəncə üsulu olaraq çılpaq tutulduğunu bilirsənmi? Geyinmə azadlığı əlindən alındığı üçün gecə gündüz utancından ağlayan qadınlar nə qədər istəyərdilər rahatca hicablarını bağlaya bilsin…



Sən beynində pis bir şey tutmasan da, gözlərini sənə qarşı kor edəcək insanlar yox deyiləcək qədər az…



Amma məni ən çox üzən nə bilirsənmi? Bu yazıları Müsəlman olduğunu söyləyən qadınlara ithafən yazır olmam.



Şəxsiyyətində qapı kimi islam yazan din bacılarıma Allahın bir ayəsini həyatlarına keçirmə mövzusunda razısalmaya çalışmam…



Bacılarım atəşə düşməsin deyə istıfadə etdiyim sözlərim, kədərlənmələrim fayda edərmi bilmirəm ki?



Lütfən bir daha düşün bacıım; Soyunacaqsan, Rəbbinə üsyan edəcəksən də, nə olacaq sanki?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!