Dünyanın ən gözəl qadını - fotolar

Dünyanın ən gözəl qadını - fotolar
Qadın dünyası
10.09.2017 43
Culia Roberts onun haqqında "O qadındırsa, mən nəyəm?”deyib.

Meril Strip isə "Elegantlığın bədənlə birləşmiş halıdır”  deyərək xarakterizə edib.



1994-cü ildə dünya gözəli tacını taxandan bir il sonra "People” jurnalı onu "Dünyanın ən gözəl insanı” elan edib.



Pərəstişkarları arasında Beyons, Hag Cekman kimi ulduzlar var.



Yaxşı, dünyanın ən məşhur Bollywood ulduzu Aişvari Rayın sirri nədir?



"Şərablar, milyon dollarlıq atlar, müxtəlif şapkalar - əsl mühitdir.

Birdən klasshik avtomobilin içində 41 yaşlı Aişvari Ray görünür.

Culia Roberts haqlı imiş. Gözəlliyi qarşısında əlavə sözə ehtiyac qalmır.

Ən güclü silahı isə şübhəsiz ki, gözləri və dərisidir.

Bəlkə dünyanın ən incə ya da hündür qadını deyil.

Hətta dolğundur o. Amma hərəkətləri, qaşlarını qaldırması, danışığındakı xüsusiliyi qarşısındakı insanın diqqətini ancaq özünə cəlb edir.

Aişvari bu günə kimi 47 filmin baş rolunu canlandırıb.

Hindistanın ən böyük ulduzu kimi tanınır.

8 yaşlı qızı olan Ray iki layihə üzərində işlədiyini deyir və əlavə edir:

"Qocalmaq hər kəsin yaşayacağı bir şeydir.

Xüsusilə də mənim içində olduğum kino sənayesində. Məsələ ağıllı davranmaqdır.

Məsələn, keriyeramın ilk illərində belə heç vaxt erotik qız rollarına çəkilməmişəm.

Hər zaman övladı olan, həyatının payız dövrünü yaşayan qadınları canlandırmışam.

Ətrafdan gələn ironiyalı sözlərə fikir vermirdim. Çünki öhdəmə düşən işin altından qalxmaq gücüm var”.

Özünə 20-dən çox yaş vermək olmaz. Bu kompliment deyil, qətiyyən. Onun özünə bu haqda deyəndə gülərək,

"Bunu vizajistimə demək lazımdır. Təbriklər ona düşür” deyir.

Daha sonra suallar veririk. Bu cür qalmağı necə bacarıb? Estetik müdaxilə varmı?

"Qırışıqlara qarşı hər birimizin mübarizə üsulları var.

Mənim də artıq 41 yaşım var. Zamanın təsirləri görünməyə başlayırdı.

Amma hələ ki, heç bir estetik müdaxiləyə ehtiyacım olmayıb”.

Yaxşı, bu dəri necə bu qədər hamar olur axı? Aişvaridən sehrli metodlar gözləyirik, amma o:

"Dəriyə qulluq məsələsində çox tənbələm. Üzümü yuyuram, çoxlu su içirəm, bir də güclü nəmləndirici kremim var.

Hər gün makiyaj etdirdiyim üçün bunlara ehtiyacım var.

Ondan əlavə yemək məsələsində də həssasam.

Pəhrizə inanmıram, bu, qadınları qurudur.

Sağlam qidalanıram, amma çox yeyirəm.

Yeməyimə korluq vermirəm. Həyatın dadını loxmalarımı saymaqla çıxara bilmərəm.

Xoşbəxt olmaq, zövq almaq lazımdır.

Bunları bacarsanız, onsuz da daha gözəl olacaqsınız. Heç vaxt deyinməyin, qaşqabaqlı gəzməyin.

Bu zaman həm əhvalınız pozular, həm də üzünüz qırışar””.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!