Qızlar üçün 10 vacib hiylə

Qızlar üçün 10 vacib hiylə
Qadın dünyası
10.09.2017 20
Bu sadə, lakin çox faydalı məsləhətlər hər bir qızın həyatında mütləq lazım olacaq. Diqqət edin!



1. Quru şampunu

Bəzi firmalar saçlardakı yağı özünə çəkən, paraşok halında quru şampun istehsal edir ki, bu da saçın canlı, təmiz görünməsini təmin edir. Adi soda ilə bunu əvəz etmək olar. Tələsirsiniz, saç yumağa vaxt yoxdursa, saç köklərinə bir çimdik yemək sodası səpin. Saçları ehtiyatla əksinə darayın. Soda əvəzinə bəzən un istifadə edirlər. Amma bunu açıq rəngli saçlara etmək lazımdır ki, bilinməsin.



2. Gözlərin makiyajını tez düzəldək

Tuj, ten, qələm səliqəsiz alınıbsa, yaxud yayılıbsa, ucu pambıqlı çubuğu makiyaj təmizləyənə batırın və yayılanları silin.



3. Ayaqdakı döyənəkləri yumuşaltmaq

Yatmadan öncə ayaqdakı döyənəklərə qalın vazilen çəkilir. Səhər durduqda döyənəyin yumuşaldığını görəcəksiniz. Artıq qoparda və ya sürtə bilərsiniz.



4. Ətirli saçlar

İstənilən ətiri darağa səpin və saçları diblərindən ucuna kimi darayın. Saçlarınız gün boyu ətir qoxacaq. Saçlar qoxunu gözəl saxlayırlar.



5. Süni qaralma

Bəzən süni qaralma ağardıqda qeyri-bərabər açılır, ləkə qalır. Lif və ya süngərin üzərinə yemək sodası tökülür, yüngülcə tünd yerlərə sürtülür.



6. Saç lakı

Fenlənmiş saçaların dağılmaması üçün lakı darağa sıxıb tez saçların kökündən ucuna kimi çəkin. Saçlar parlaq və səliqəli olacaq.



7. Lasyоn bədən üçün

İstifadə etdikcə dəriniz quruyursa, qabıq qoyursa, losyona uşaq kremi qatın. O dərinizi nəmləndirəcək və yumuşaldacaq.



8. Quru qabarların meydana gəlməsinin qarşısını almaq Ərik yağını (apteklərdə satılır) təzə qabarların sərtləşməsinin qarşısını almaq üçün problemli sahəyə damcıladın. Gözləyin ki, yağ hopsun.



9. Göz üçün layner

Layner yayılırsa, dağılırsa, 15 dəqiqəlik dondurucuya qoyun. Bu zaman layner nazik və səliqəli çəkiləcək.



10. Sızanaqlardan xilas olun

Yeni çıxmış sızanağın üzərinə diş məcunu çəkin, 15 dəqiqə saxlayın, yuyun. Məcun sızanağı qurudur və yağı özünə çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!