Necə soyunursuz? - Xarakter testi

Necə soyunursuz? - Xarakter testi
Qadın dünyası
10.09.2017 7
Necə soyunursuz?



Evə girərkən libaslarını soyunub,səliqəsiz şəkildə hara gəldi atırsınızsa,demək,siz dostcanlısınız. Həyatı bir əyləncə kimi görürsünüz.Düşüncələrinizdə rahat və sərbəstsiniz. Başqalarının sizin haqqınızda nə düşündüyünə önəm vermirsiniz.Bu cür insanların evlərində daima "corab" mübahisəsi olur. Çünki onların corabları gah çarpayının, gah da divanın altından tapılır.  



Səliqəli soyunanlar: Libasını soyunarkən onları səliqəli qatlayıb,rəfə yerləşdirirsinizsə,demək, siz ciddi və dürüstsünüz.Siz həyatınızı sakit,söz-söhbətsiz keçirməyi sevirsiniz. Həyatda ən böyük problemləri həll etməyin tək çarəsini ondan uzaq olmaqda görürsünüz. Paltarınızın hər zaman ütülü olmasını xoşlayırsınız. Köhnə geyimləri nəzərdən keçirərkən, onların çox hissəsini zibil qutusuna atmağa üstünlük verirsiniz.



İlk olaraq ayaqqabısını və ya corabını çıxaranlar: İşi başından aşan utancaqsınız. Bir işi etmədən onun haqqında günlərlə fikirləşirsiniz. Bu,əl atdığınız işin uğurla nəticələnməsində sizə kömək olur. Ən əsası isə siz sirr saxlamağı bacarırsınız. Nəyi, necə və harada etmək lazımdır,yaxsı bilirsiniz. Sizə asanlıqla,şübhə etmədən iş tapşırmaq olar. Çünki həvalə olunan işi diqqətlə ve uğurla yerinə yetirirsiniz.



Yavaş soyunanlar: Əgər koftanı çıxartdıqdan sonra başqa işlə məşğul olub, şalvarınızı yarım saatdan sonra soyunursunuzsa və ya bütün günü küçəyə geyindiyiniz libasla evdə gəzirsinizsə onda...özünə inanan, intellektual, dərin düşünən və mübahisəni sevməyən birisiniz. Özünüzə uzun vaxt ayırmağı və tənhalığı çox sevirsiniz. Siz libaslarınızın səliqəsinə önəm vermirsiniz.  



Tez soyunanlar: Paltarınızı evə girən kimi dərhal soyunursunuzsa demək,siz başqalarının fikirlərinə önəm verənlərdənsiniz. Başqalarının sizin haqqınızda nə düşündüyünü dinləyir,onlara əməl etməyə çalışırsınız. Hər zaman narahatsınız və ailənizə bağlı birisiniz. İşləriniz başınızdan aşır.



İlk aksesuarları cıxaranlar: Evə girərkən soyunmağa aksesuarlarınızı, saatınızı çıxartmaqla başlayırısnızsa, demək,siz düşüncəli,romantik,sakit və həssassınız. Evə girərkən saatınızı çıxartmaqla siz qarşınızdakı insana vaxtınızın çox olduğunu göstərirsiniz. Bu,sizin alicənab olduğunuzdan xəbər verir.



Fərqli olanlar: Hər şeydən şübhələnənsiniz. Risqə getməyi və macəralar yaşamağı sevirsiniz. Əşyalarınızın yerini hər dəfə unudur,yaxınlarınıza əmrlər verirsiniz.



Soyunmadan eyni zamanda libasla evdə gəzənlər: Evdə bayır paltarını soyunmadan gəzənlər də var ki,belələrindən hər zaman uzaq durmaq xeyirlidir. Belələri pinti olur və tez-tez xəstələnirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!