"Ər evində şillə yemək..."

Qadın dünyası
10.09.2017 15
Ər əvində şillə yemək, ata evində minnətli çörək yeməkdən daha şirindi.

Qadınlar doğulub böyüdükləri evə evlənmədən öncə "öz evimiz" deyirlər, amma boşanıb qayıtdıqdan sonra isə o evə "ata evi" deyirlər. Elə bu söz hər şeyi anlatmağa yetər...

İlk başda çox şirin gəlir. Boşanmaq. Boşanmaq və azadlıq sözləri, sinonim sözlər kimi görünür. Azadlıq!!!!. Kimdənsə asılı olmamaq, hesabat verməmək, söz azadlığı , kiməsə itayiət etməmək.

Sinonim kimi görsənən sözlər ata evində antonimə dönür. Boşanmış qadın, gəlin, xalaşka sözləri ilə sinonimləşir.

Yediyin çörək zəhər olur. Hələ o ata evinə qucağında körpə ilə qayıtmısansa ev sənə Kürdəxanı müvəqqəti təcridxanasına dönür. Sənə dedik o oğlana getmə, səni kimlər istədi, kül başına.

Ər evindən azadlıq arzusu ilə çıxan qadın ata evində diktatura rejiminə düşür. O nə rəng paltardı, dizdən 2 qarış yuxarı ətək olmaz, üzünə kosmetika olmaz, həyətə düşmək olmaz, podruqalarınla görüşmək olmaz. Balkona çıxma camaat nə deyər bizə? Ərə gedərsən yenidən ər evində nə istəyirsən edərsən.

Ərə getmək?

Qucağda körpə ilə? Yox! Boşanmış qadın bu ölkədə Qadın deyil. Sən potensial fahişə, xalaşka, gəlinsən. Sənlə gözəl seks həyatı yaşamaq olar. İçmək, əylənmək, dənizə getmək. Qabağına çıxan hər kişi boşanmısanda nə olsun desədə, başının üstündə prizirvativlər uçacağ..

Evdən çıxıb nəfəs ala biləssən ki, intim həyatında ola?

Mastrubasiya eləmirəm deyən qadın nə qədər gerçəkcidir? Pornoya baxmamışam deyən oğlan qədər.

40 yaşına ailə qurmadan çatan qadının seks anlayışı sadəcə mastrubasiyadan ibarətdir. Bəs bu həzzi yaşamış? Ömrünün 25-30 yaşlarında bu həzzi dadıb boşanmaq? Bir müddət normal həyat tərzi yaşasada 40 yaşlarda çürümüş yumurtalıq ilə həyatının bitdiyini hiss edən qadın obrazı.

Bu ölkədə Boşanmaq , Azadlıq sözü ilə yox! Fahişə sözü ilə Sinonimdir...

 

Kamran İsmayılzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!